» » Mikayıl Cabbarov əmr imzaladı

Mikayıl Cabbarov əmr imzaladı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Mikayıl Cabbarov əmr imzaladı
Təhsil naziri Mikayıl Cabbarov «Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydaların təsdiqi haqqında» əmr imzalayıb.


“Xalqinfo” bizimyol.info-ya istinadən xəbər verir ki, qaydalara əsasən, dörd və daha artıq fəndən illik «qeyri-kafi» qiymət alan, dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən 5-8 və 9-cu sinif şagirdləri təkrar sinifdə saxlanılacaq.

Üç fəndən illik «qeyri-kafi» qiymət alan şagirdlərə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər.

Yay tapşırığının hər hansı birindən «qeyri-kafi» qiymət alan şagirdlər də sinifdə saxlanılır.

Qaydalarda həmçinin qeyd olunur ki, ikinci yarımildə bu və ya digər fəndən «qeyri-kafi» qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxət fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler