"Polkovnik-leytenant Vətəndən danışdı "-Yadigar HüseynovBölmə: BLOK XƏBƏR, MANŞET
![]() Ağcəbədi Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, Polkovnik-leytenant Yadigar Hüseynov "Xalqinfo"-ya müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik Salam Yadigar müəllim. Özünüz haqqında qısa məlumat verə bilərsiz? Mən Hüseynov Yadigar Hüsən oğlu, 1962-ci ildə Dağlıq Qarabağın Xocəvənd rayonunda anadan olmuşam. 1980-ci ildə ortam məktəbi bitirib Poltexnik insitutuna(İndi ki Texniki Universitet) daxil olmuşam. Sonra da təhsilimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olub təhsilimi başa vurub,daxili işlər orqanlarında işə başlamışam. İlk olaraq təyinatnan öz rayonumuz Xocəvənd rayonunda çalışdım.Bir məsələni də qeyd edim ki, 1985-ci ildə istesalatla da məşğul olmuşam 88-ci il dən isə əsas ermənilərin işğalçılıq siyasətinə görə döyüşlərdə xidmət etmişəm.Səmi olaraq qeyd edim ki, mənim üçün dövlətə,vətənə,azərbaycançılığa xidmət hər şeydən üstün olub bu ömrümün sonuna kimi belə olacaq.Dövlətə qarşı çıxanın ,xəyanət edən düşmənin qanın içərəm. Biz Ulu Öndər Heydər Əliyevin davamçısı olan Cənab Prezidentimiz İlham Əliyevin döyüş əmrin gözləyirik. Siz Daxili İşlər orqanlarına neçənci ildən daxil oldunuz? Mən daxili işlər orqanına 1990-cı ildən daxil olmuşam, Xocəvənd rayonunda uşaq-gənclər məktəbində məşqçi işlədim,sonra Ağdam rayon polis şöbəsində işə başladım,daha sonra Xocəvənd rayonunda ayrıca polis şöbəsi yarananda burada işlədim. 2007-ci ildən Beyləqan Rayon Polis Şöbəsində qərargah rəisi,2012-ci ilin dekabr ayından bu günə kimi Ağcəbədi Rayon Polis Şöbəsin də xidmət üzrə rəis müavini vəzifəsində işləyirəm. Polis Polkovnik-leytenantıyam. Yadigar müəllim cinayətkarlara qarşı mübarizə necə gedir Ağcəbədi rayonunda? Ağcəbədi rayonunda cinayətkarlara qarşı mübarizə çətin olmağna baxmayaraq, Hörmətli Prezidentimizin, düzgün siyasəti Xalqına xidməti bizim işimizi asanlaşdırır. Hörmətli Nazirimiz General-polkovnik cənab Ramil Usubovun fəaliyyəti bizə çox kömək edir.Biz də öz işimizi çalışırıq layiqincə yerinə yetirək,xalqımıza xidmət etməliyik. Biz vətəndaşların problemlərinə diqqətlə yanaşırıq,onların qarşılaşdığı çətinlikləri aradan qaldırmağa kömək edirik.Bizə aid olan məsələlər həll olunur. 1990-cı illərnən bu günü necə müqayisə edərdiniz? Söhbət Daxili İşlər Nazirliyindən gedir. Mən o dövürlərdə Qarabağda yaşadığım üçün hər şeyi daha yaxşı görürdüm. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi nəyin ki, Daxili işlər orqanların, bütövlükdə Xalqımızı ,dövlətçiliyimizi bəlalardan xilası oldu.Allah Heydər Əliyevə rəhmət eləsin. İndi nizam intizam,hər tərəfli gücümüz, rəhbərə hörmət var.90-cı illərdə cinayətkarlıq baş alıb gedirdi, vətəndaşlarımız küçəyə çıxa bilmirdi.Sizə adi bir misal çəkirəm. İndi Cən Prezidentimizin qayğısı və fəaliyyəti nəticəsində,hörmətli Nazirimz Ramil Usubovun xidmətləri nəticəsində cinayətkarların sayı da azalıb.Vətəndaşlarımız indi rahat həyat yaşayırlar.Mən hesab edirəm ki, müqayisə olunmaz dərəcədə inkişaf edirik.Ulu Öndər tərəfindən ,Hörmətli Ramil Usubovun Daxili İşlər Naziri təyin edilməsi,bu sahədə böyük inkişafa səbəb oldu.Bu inkişaf bu gün də davam edir.90-cı illər də pərakəndəlik höküm sürürdü. Ağcəbədi rayonu ermənilərə məsafəcə yaxındı.Bu hal Vətəndaşlarımıza necə təsir edir? Bunun bizə,rayon camaatına heç bir təsiri yoxdur,əksinə Ali Baş Komandan döyüş əmrin versə döyüşə getməyə hazırıq.Biz Prezidentimizlə fəxr edirik. Bizim xalq olaraq böyük tariximiz var biz qəhraman xalqın nümayəndələriyik. Ağcəbədi rayonunda cinayətlər azalır yoxsa artır? Mən tam məhsuliyyətimlə deyim ki, ilbə-il cinayətlərin sayı azalır.Buna görə bir daha Prezidentimizə,Nazirimizə minnətdarıq. bu işdə DİN bütün heyətinin əziyyəti çoxdur.Polisin işi asan iş deyil. Hal-hazırda Ağcəbədi rayon Polis şöbəsinin rəisi Polkovnik, Şamil Seyidlidir.Şamil müəllim bura rəis təyin ediləndən işlərimiz daha da sürətlə gedir.Peşəkar polis zabitidir.Böyük xidmətləri var.Vətəndaşların problemlərinə öz problemləri kimi baxır.Vətəndaşları istənilən vaxt qəbul edir. Yadigar müəllim bəzi gənclər təsirə düşüb ,Suriya dövlətinə döyüşməyə gedirlər. Sizin şöbəyə bu barədə valideyin müraciəti olmayıb ki? Belə hər hansı bir müraciət olmayıb.Mən də bildirmək istəyirəm ki, kənar da bunu edənlər sadəcə ölürlər ancaq vətən yolunda şəhid olurlar.Vətənimizi sevməliyik,qorumalıyıq. Kənar da ancaq rəzalət var. Vətən yolunda döyüşmək lazımdır. Yadigar müəllim sonda sizə dərin təşəkkürümüzü bildiririk. Sağolun. |
XƏBƏR LENTİ
21.04.18 12:51 | Parlament yeni baş naziri təsdiqlədi - Yenilənib
21.04.18 12:05 | Leyla Əliyevadan xeyirxah addım - Fotolar
21.04.18 12:00 | Nazirlik evə basqın edən maskalı şəxslər barədə xəbər yaydı
21.04.18 11:44 | “Beşiktaş”ın prezidenti Fikrət Orman Bakıya gəlir
21.04.18 11:26 | Yeni baş nazir Novruz Məmmədovdur
21.04.18 11:14 | UEFA Kuboku oğurlandı
21.04.18 11:12 | Qızıl 11 dollardan çox ucuzlaşdı
21.04.18 10:23 | Natali Portman İsrailin nüfuzlu mükafatından imtina etdi
21.04.18 10:15 | Röyadan küsülü olduğu Faiq Ağayevə jest
21.04.18 10:00 | Üç yaşlı uşaq hamilə anasını güllələdi
21.04.18 09:47 | İlham Əliyev Artur Rasizadə ilə görüşdü
21.04.18 09:16 | Cəbhədə son gün xəbəri
20.04.18 22:53 | KXDR nüvə və raket sınaqlarını dayandırır
20.04.18 20:37 | Putin dünyanın ən nüfuzlu şəxslərinin siyahısına düşmədi
20.04.18 20:34 | Bəhreyn kralı prezident İlham Əliyevi təbrik edib
20.04.18 20:32 | Nəsibə Zeynalovanın anadan olmasından 102 il ötür
20.04.18 20:13 | İqtisadiyyat Nazirliyinin səlahiyyətləri azaldılıb
20.04.18 19:40 | Yaponiyada vulkan 250 il sonra püskürdü
20.04.18 19:11 | Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək
20.04.18 19:10 | Azərbaycanda bu Dövlət Komitəsi ləğv edildi
20.04.18 19:06 | 46 qıza təcavüz edən falçı ilə bağlı araşdırma başladı
20.04.18 18:42 | Eldar Mahmudov məhkəməyə verildi
20.04.18 18:41 | Sabah metroda yeni qatar xəttə buraxılacaq
ŞƏRH(1)
|