Usubovun polkovniki işdən qovmasına reaksiya - RəsmiBölmə: BLOK XƏBƏR
“O, hələ bir neçə il də artıq işləmişdi”. Bunu Axar.az-a Daxili İşlər naziri Ramil Usubovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad etməsi ilə bağlı xəbərə aydınlıq gətirən DİN Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi: “Bəzi mətbuat orqanlarının yaydığı məlumat kökündən yanlışdır. Nadir Piriyev işdən azad edilməyib. O, son yaş həddi ilə əlaqədar məzuniyyətə göndərilib. Hələ bir neçə il də artıq işləmişdi. Mətbuatda yazırlar ki, guya hansısa korrupsiya faktı ilə əlaqədar işdən azad edilib. Bu, tamamilə yanlışdır”. Xatırladaq ki, “virtualaz.org” saytı Daxili İşlər naziri Ramil Usubovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevi işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad etməsi ilə bağlı məlumat yaymışdı. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|