» » "Miss Azərbaycan"ın cinayət dosyesi

"Miss Azərbaycan"ın cinayət dosyesi (TƏFƏRRÜAT, FOTO)

Bölmə: BLOK XƏBƏR
"Miss Azərbaycan"ın cinayət dosyesi
“Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovanın xuliqanlıq maddəsi ilə 4 il icbari iş alması və bu səbəbdən ölkə xaricinə çıxışına qadağa qoyulması haqda məlumat vermişdik.

ans press-in məlumatına görə, Azərbaycan gözəlinin törətdiyi cinayətin təfərrüatları haqda AzVision.az saytına ilginc məlumat daxil olub.

C.Qurbanova ilə eyni qrupda təhsil alan Fərid Mansurov özü saytımızla əlaqə saxlayaraq Azərbaycan gözəli ilə bağlı bəzi məlumatları diqqətə çatdırıb.

F.Mansurov bildirib ki, o, Bakı Dövlət Universitetinin Fizikia fakültəsində C.Qurbanova ilə bir qrupda təhsil alıb. Onun sözlərinə görə, C.Qurbanova ilə tələbə yoldaşı kimi münasibətləri normal olub. Ta 2011-ci ilin may ayının 31-nə kimi..

Həmin gün F.Mansurovla C.Qurbanova arasında mübahisə düşür. Mübahisə zamanı C.Qurbanova əlindəki qələmlə F.Mansurovun gözünə zərbə endirir.

“Cavidanla həmin gün aramızda kiçik mübahisə olmuşdu. Ondan yarım saat keçməmiş qələmlə şahidlərin yanında gözümə vurdu və qan töküldü. Bundan sonra mən 15 gün xəstəxanada yatdım. Ailəm məsələ ilə bağlı Yasama rayon Polis İdarəsinə müraciət etdi. Lakin məsələ araşdırılmadı. Bununla bağlı biz daxili işlər naziri Ramil Usubova və Heydər Əliyev Fonduna müraciət etdik. Bundan sonra iş Yasamal rayon Məhkəməsinə göndərildi. 2011-ci ildən 2013-cü ilə qədər məhkəmədə cinayətlə bağlı qərar qəbul edildi və ona 4 il icbari iş verildi”.
"Miss Azərbaycan"ın cinayət dosyesi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler