Aktrisa və körpəsi doğuş vaxtı öldüBölmə: MARAQLI, BLOK XƏBƏR
![]() Yevlax rayonunda doğuş zamanı ana və uşaq ölüb. Xalqinfo.az APA-ya istinadən bildirir ki, 1983-cü il təvəllüdlü Pərvanə Qurbanova doğuş zamanı dünyasını dəyişib. Doğuş zamanı ana ilə yanaşı körpə də ölüb. Yevlax Rayon Xəstəxanasından bildirilib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib və bu zaman uşaq havasızlıqdan, ana isə çox qan itirdiyindən vəfat edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli hadisə ilə bağlı xəbərsiz olduğunu bildirib. Qeyd edək ki, P. Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası olub. |
|