» » Nazir Rəşadət Babayevi Bakının alay komandiri təyin etdi

Nazir Rəşadət Babayevi Bakının alay komandiri təyin etdi

Bölmə: BLOK XƏBƏR
Nazir Rəşadət Babayevi Bakının alay komandiri təyin etdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisinin (DYP) rəhbər heyətində kadr dəyişikliyi edib.


"Xalqinfo" AzNews.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl təqaüdə göndərilən paytaxt DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin yerinə təyinat həyata keçirilib.

Nazirin əmrinə əsasən, şəhər DYP-si rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin edilib.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Mediada onun işində baş verən nöqsanlara görə, azad edildiyinə dair xəbərlər yer alsa da, sonradan N. Piriyevin yaşı ilə bağlı təqaüdə göndərildiyi bəlli olub.

İndiyə qədər şəhər "QAİ"sinin rəis müavini olan Rəşadət Babayevin isə bu vəzifəyə təyinatı ona daha yüksək etimadın göstərilməsindən xəbər verir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler