» » Daha bir prezident Azərbaycan müxalifəti ilə görüşəcək

Daha bir prezident Azərbaycan müxalifəti ilə görüşəcək

Bölmə: BLOK XƏBƏR
Daha bir prezident Azərbaycan müxalifəti ilə görüşəcək
sveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter bu gün müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.


“Xalqinfo” xəbər verir ki, aktual.az-ın əldə etdiyi məlumata görə, görüş saat 17.00-da "Four Seasons Hotel"də baş tutacaq. Məlumatda bildirilir ki, ölkəmizdə rəsmi səfərdə olan Didye Burkhalterlə görüşdə REAL Hərəkatının icra katibi Natiq Cəfərli, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli iştirak edəcək. Son günlər ətrafında qalmaqallar səngiməyən hüquq müdafiəçisi Leyla Yunus, həmçinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin də Didye Burkhalterlə müzakirələrdə iştirak edəcəyi istisna edilmir.

AXCP-nin sədr müavini Razi Nurullayev, Müsavat Partiyasından Mehman Cavadoğlu və REAL Hərəkatının icra katibi Natiq Cəfərli Didye Burkhalterlə bu günkü görüş barədə xəbəri təsdiqləyib.

Xatırladaq ki, bir müddət əvvəl ölkəmizdə rəsmi səfərdə olan Fransa prezidenti Fransua Ollandın da müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri görüşü baş tutmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler