» » Sakinlərə silah çəkən “BMW-X6”-nın sürücüsü kimdir?

Sakinlərə silah çəkən “BMW-X6”-nın sürücüsü kimdir?

Bölmə: BLOK XƏBƏR, MANŞET
Sakinlərə silah çəkən “BMW-X6”-nın sürücüsü kimdir?
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Nərimanov rayonu ərazisində, “Çermet qəsəbəsi” deyilən ərazidəki 93 saylı məktəbin qarşısında “BMW-X6” markalı bahalı avtomobilin sürücüsünün yolda avtoxuliqanlıq etməsi ilə bağlı qəsəbə sakinləri və maşında olan şəxslər arasında dava düşüb.


Avtomobildə olanların kömək üçün xeyli adam çağırması vəziyyəti daha da qəlizləşdirib. “BMW-X6” markalı maşında gələnlər insident zamanı odlu silahdan da istifadə ediblər. Onlar qəsəbə sakinlərinə silah çəkərək atəş açıblar.

“Xalqinfo” xəbər verir ki, Virtualaz.org-un qiyməti 130 min manat olan “BMW-X6” markalı avtomobilin kimə məxsus olmasını, dövlət nömrə nişanını öyrənmək cəhdləri baş tutmayıb.

Belə ki, bu sualla müraciət etdiyimiz Bakı Şəhər Dövlət Yol Polisindən sualı eşidən kimi qəribə reaksiya gördük. İdarədən bununla bağlı heç bir açıqlama vermək istəmədiklərini deyərək dəstəyi əsəbi şəkildə asdılar. Nə maşının nömrəsini vermədilər, nə də onun sahibinin kim olmasına aydınlıq gətirmədilər.

Görünür, sözügedən avtomobilin sahibi yenə hansısa yüksək rütbəli məmurun balası, ya da “çox hörmətli” oliqarxın övladıdır. Əks təqdirdə yol polisinin bu qəzəbli reaksiyanı heç cür başa düşmək mümkün deyil.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler