» » "KÜDRÜ QARTALLARI"

"KÜDRÜ QARTALLARI" video

Bölmə: BLOK XƏBƏR
"KÜDRÜ QARTALLARI"
İMİŞLİNİN KÜDRÜ QARTALLARI
GƏLİN HƏR BİRİMİZ VƏTƏNPƏRVƏRLİK RUHUNDA OLAQ...
Xalqinfo.az xəbər portalı olaraq vətənpərvərlik ruhunda fəaliyyətin əhəmiyyətini dərk edərək,İmişli rayonunda Küdrü Qartalları adlı Qarabağ döyüşlərində fədakarlıq nümayiş etdirmiş könüllü İmişli dəstəsindən söhbət açacağıq. Xalqinfo.az olaraq İmişlidə olduq. “Qarabağ Əlilləri və Veteranları Şəhid Ailələri ictimai birliyi”nin İmişli rayon şöbəsinin müdiri Ələddin Qardaşovla söhbətləşdik. Ələddin müəllim İmişlidə əlil və veteranlara, şəhid ailələrinə icra başçısı Vilyam Hacıyevin diqqət və qayğısından söz açdı. Bildirdi ki, rayonda 140 Qarabağ əlili, 611 veteran, şəhid ailəsi 198 nəfərdir. Hər ay veteranlara dövlət qayğısı nəticəsində 45 manat, Şəhid ailəsinə 200 manat, Qarabağ əlilinə isə qrupdan asılı olaraq 140-150 manat Prezident təqaüdü verilir. Bundan əlavə 32 bina evi tikilərək Qarabağ əlili, şəhid ailəsinin ixtiyarına verilib. Hal-hazırda 54 mənzilli bina tikilir. Ələddin müəllim əlil və veteranlara rayon idarə və təşkilatlarında işlə təmin edilməsi ilə bağlı müraciətlərin yerində həll edilməsindən razı qaldığını bildirdi. Ələddin müəllim, olubmu ki, bəzi əlil və veteranlar onlar üçün yaradılan şəraitdən razı qalmasınlar?
Bəli, belə hallar da olur. Bu cür hallar əvvəlki illərə nisbətən xeyli dərəcədə azalıb. Biz rayon icra hakimiyyəti ilə birgə qarşıya çıxan problemləri həll edirik. Bunların arasında haqsızlıq edənlər də var, haqlı olanlar da... Ancaq biz döyüşçülər yaxşı olar ki, qürurumuzu üstün tutaq, nəfsimizə hakim olaq, yeni nəslə vətənpərvərlik nümunələrimizlə örnək olaq. Biz ictimai birlik olaraq tez-tez bu yöndə maarifləndirici müzakirələr edirik və müsbətə doğru irəliləyişlərə nail oluruq. Söhbətimizin daha maraqlı alınmağında Küdrü Qartalı olmuş könüllü Qarabağ döyüşçüsü, batalyon komandiri Tariel Şirinlinin böyük rolu oldu. Onun rəhbərliyi ilə bir çox döyüşlərdə uğurlu əməliyyatlar keçirilmişdir. Daha ətraflı video materialda... Keçmiş döyüşçü Cavid Kərbəlayı da öz döyüş yolundan danışdı. Müsahibə zamanı digər əlil və veteranlarla yanaşı həvəsli gənclər də iştirak edirdi. Vətənpərvərlərlə söhbətimiz çox maraqlı idi. Xalqımızın başına gələn Qarabağ dəhşəti hər birimizi ağrıdır. İndi hər birimiz peşəmizdən asılı olmayaraq Vətənpərvərlik ruhunda olmalıyıq. İstəkli izləyicilər! Küdrü Qartallarının döyüş yolundan maraqlı söhbəti izləmək üçün Apa TV-nin hazırladığı sənədli filmlə sizi baş-başa buraxırıq. Buyurun İzləyin!
Zamin Zeynal xalqinfo.az İmişli
"KÜDRÜ QARTALLARI"
"KÜDRÜ QARTALLARI"



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler