Müğənni pərəstişkarını həbs etdirdiBölmə: BLOK XƏBƏR
Türkiyəli müğənni Hande Yener pərəstişkarı ilə bağlı polisə müraciət edib. “qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gebzedə yaşayan 36 yaşlı Receb G. tvitterdə müğənniyə qarşı qeyri-etik ifadələrdən istifadə edib. Handenin “Handem, əbədi eşqim”, "Sevgilim, ən dəyərlim”, “Cahangirə gəlirəm, yoldayam. Evinə çatıram” paylaşımlardan sonra səbr kasası daşıb. Müğənni məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Polislər Recebi sənətçinin evinin qarşısında saxlayıblar. Araşdırma zamanı məlum olub ki, sözügedən şəxs adam yaralama və başqa qanun pozuntuları ilə bağlı axtarışda olub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|