» » “Millətini uca zirvələrə qaldırmış dahi insan”


“Millətini uca zirvələrə qaldırmış dahi insan”

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Millətini uca zirvələrə qaldırmış dahi insan”
Pakistanın ingilisdilli “The Frontier Post” qəzetində ulu öndər Heydər Əliyev haqqında “Millətini uca zirvələrə qaldırmış dahi insan” adlı məqalə dərc edilib.

Müəllif Sabah Aslam məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verir.

Məqalədə bildirilir ki, 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdıb. Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin müəyyən hissəsi işğal olunmuş bir ölkənin Prezidenti seçilmişdi.

Qeyd edilir ki, xarizmatik və müdrik lider olan Heydər Əliyev Azərbaycanın Qərb və Şərq ölkələri ilə sıx əlaqələr qurmasına nail olmuş və bununla da öz ölkəsini dünya miqyasında mühüm əhəmiyyətli dövlətlər sırasına daxil etmişdir. Məqalədə Heydər Əliyevin ölkənin maraqlarına uyğun balanslaşdırılmış siyasət apardığı vurğulanır.

Müəllif qeyd edir ki, Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan ordusu yaradılıb, işğalçı Ermənistanla atəşkəs müqaviləsi imzalanıb.

Yazıda Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalandığı, Azərbaycana milyardlarla dollar sərmayə qoyulduğu vurğulanır. Bildirilir ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı–Tbilisi- Ərzrum və digər layihələrin həyata keçirilməsi mümkün olub. Məqalədə bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisində deyil, eyni zamanda, dövlət müstəqilliyin güclənməsində böyük rol oynadığı vurğulanır.

Yazıda bildirilir ki, Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa bir müddət ərzində sürətlə inkişaf edən ölkəyə çevrilib. Məhz Ümummilli Liderin rəhbərliyi ilə ölkənin Konstitusiyası qəbul edilib, Azərbaycan dili dövlət dili elan olunub.

Sabah Aslam yazır ki, Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib, onun 1996-cı ildə Pakistana rəsmi səfəri və səfər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin hüquqi normativ bazasını yaradıb.

Qeyd olunur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də xaricidə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə böyük layihələr həyata keçirir.

Məqalənin sonunda vurğulanır ki, Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim əziz tutur, onun ideyaları yaşayır və yaşayacaqdır.

AzərTAc

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler