» » “Bu, mənim üçün böyük şərəfdir...”- Fotolar

“Bu, mənim üçün böyük şərəfdir...”- Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Bu, mənim üçün böyük şərəfdir...”- Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçlə görüşüb.


“Xalqinfo”nun məlumatına görə, görüşdən əvvəl Prezidentin xanımı Mehriban Əliyevanın, Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten” ordeni təqdim olunub.

“Sreten” ordenini Tomislav Nikoliç təqdim edib. Mehriban Əliyeva prezidentə təşəkkür edib:

“Bu, mənim üçün böyük şərəfdir. Bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Tomislav Nikoliç: “Bilirsiniz, Serbiyada belə bir deyim var: Siz öz ailənizi seçə bilməzsiniz, lakin dostlarınızı seçə bilərsiniz. Bizi seçdiyinizə görə çox sağ olun”.

Mehriban Əliyeva: “Təşəkkür edirəm, mən bu mükafatı təkcə səylərimizin qiymətləndirilməsi kimi yox, həmçinin Serbiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və hörmət rəmzi kimi dəyərləndirirəm. Çox sağ olun, Fond Sizin gözəl ölkənizdə öz fəaliyyətini davam etdirəcək”.

Tomislav Nikoliç: “Təşəkkür edirəm”.

Mehriban Əliyeva: “Mən Sizin komandanıza Avropa Oyunlarında uğurlar arzu edirəm”.

İlham Əliyev: “Mən də sizi dost ölkənin ən yüksək mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirəm”.

Mehriban Əliyeva: “Təşəkkür edirəm, bu, mənim üçün böyük şərəfdir”.

“Bu, mənim üçün böyük şərəfdir...”- Fotolar
“Bu, mənim üçün böyük şərəfdir...”- Fotolar
“Bu, mənim üçün böyük şərəfdir...”- Fotolar
“Bu, mənim üçün böyük şərəfdir...”- Fotolar
“Bu, mənim üçün böyük şərəfdir...”- Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler