» » Fərhad Məmmədovun qardaşı həbs edildi +

Fərhad Məmmədovun qardaşı həbs edildi + Yenilənib

Bölmə: BLOK XƏBƏR
Fərhad Məmmədovun qardaşı həbs edildi +
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı Fərid Məmmədovu saxlayıb.


“Xalqinfo” xəbər verir ki, bu haqda virtualaz.org məlumat yayıb. Xəbərə görə, Fərid Məmmədov mayın 22-də həbs edilib. "Bank Technique"nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.

Sayt bildirir ki, Fərid Məmmədovdan sonra "Bank Technique"nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də həbs edilib.

***

Qeyd edək ki, xəbər dərc ediləndən sonra bankın Müşahidə Şurasının üzvü Rauf Ağayev "Qafqazinfo" ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, həbsi ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil. Məzuniyyətdə olduğunu deyən R.Ağayev hazırda həyat yoldaşı ilə birgə şəhərdə istirahət etdiyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler