» » "Şərurlu İsfəndiyar" həbs xəbərini təkzib etdi

"Şərurlu İsfəndiyar" həbs xəbərini təkzib etdi

Bölmə: BLOK XƏBƏR, MANŞET
"Şərurlu İsfəndiyar" həbs xəbərini təkzib etdi

"Mənim hesabıma tirajlarını artırırlar "
Mayın 21-də, günün ikinci yarısında iş adamı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun həbsi xəbəri yayılıb. Virtualaz.org saytı özəl mənbəyə istinadən yazıb ki, İ.Axundov "Beynəlxalq Bank işi" üzrə istintaqa ifadə vermək üçün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. Sayt onun 5 gündür həmin idarədə saxlandığını yazıb. İş adamının Beynəlxalq Banka 100 milyon manat borcunun olduğu bildirilir.

Musavat.com-un əməkdaşı İsfəndiyar Axundovun mobil telefonuna zəng edərək ondan yayılan xəbərə münasibət öyrənib. İş adamı bildirib ki, həbs edilməsi haqda məlumat doğru deyil: "Bəzi jurnalsitlər və saytlar barəmdə bu cür xəbərlər yazıb özlərini reklam edirlər. Məndən yazmaqla tirajlarını artırırlar. Halbu ki, mənə zəng vurub dəqiqləşdirmə apara bilərdilər. Necə ki, bu işi siz görürsüz - dəqiqləşdirib sonra yazırsınız. Hazırda bağdayam, istirahət edirəm, həbsim və yaxud istintaqa çağırılmağımla bağlı xəbərlər də yalandan başqa bir şey deyil."

"Siz iş adamı kimi Beynəlxalq Bankla əməkdaşlıq etmisinizmi, həmin bankdan kredit götürmüsünüzmü" sualına iş adamı belə cavab verib: "Nəinki Beynəlxalq Banka, ümumiyyətlə heç bir banka borcum yoxdur".

Şərh Yaz
ŞƏRH(3)

hesen efendiyar 21 iyun 2015 21:01
AY SHERURLU ISFENDIYAR MEN NEYLEMISHDIMKI SEN ACIG ASHKAR MENIM CIBIME GIRDIN MENDEN 12000 MIN MANAT PULUMU ALDIN HARAM OLSUN SENE O PULU XEYRE ISHLETMIYESEN MEN PENSIONER ADAMA ELE ZIYAN VERDIN SENI O BOYUK ALLAHA TAPSHIRIRAM
Çit          1

HESEN EFENDIYEV 8 iyul 2015 17:02
AY ISFENDIYAR HEC VAXT EVVELLER KIM OLMUSAN YADDAN CIXARMA EVVELIN KAMAZ SHOFERI OLMUSANDA INDI PULLANMISAN PUL GORMEYEN ADAM OLMUSAN DA BUNU YEGIN BILDIN KIM YAZIR HEMEN EFENDIYEV HESEN LETIF OGLU YAZIR HEMEN PENSIONER ADAMDIKI SEN ONUN CIBINE GIRDIN HEC NEDEN 12000 MANAT PULUNU YEDIN MEN BU ISHI BELE GOYMAYACAGAM CENAB PREZIDENT ILHAM ELIYEVE MEKTUB YAZMISHAM MEKTUB HAZIRDIR EGER 12000MANAT PULUMU GAYTARMASAN MEN MEKTUBU CENAB PREZIDENTE VERECEYEM BUNA IMKANDA VAR TEL 0557152662
Çit          2

HESEN 9 iyul 2015 19:18
12000MANAT PULUMU NE VAXT GAYTARACAGSAN BU BAREDE CENAB PREZIDENT ILHAM ELIEVE MEKTUB HAZIRLAMISHAM TELEFON**0557152662 NEGEDER GEC DEYIL AY SHERURLU ISFENDIYAR PULUMU GAYTAR
Çit          3

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler