» » Leyla Əliyeva Bakıdakı uşaq evlərində- Fotolar

Leyla Əliyeva Bakıdakı uşaq evlərində- Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET
Leyla Əliyeva Bakıdakı uşaq evlərində- Fotolar
Martın 11-də - Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.


"Xalqinfo" xəbər verir ki, Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə gələn Leyla Əliyeva əvvəlcə müəssisənin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxıb. O, internat evində yaradılan şəraitlə tanış olub, burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlanıb.

Leyla Əliyeva Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində də olub. Məlumat verildi ki, Mərkəz daun sindromu xəstəliyinin xüsusiyyətləri nəzərə alınmaqla qurulub. Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı rəqs nümunələrini izləyib.

Sonra Leyla Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəlib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzində oldu, burada müalicə alan uşaqlar üçün təşkil edilən bayram şənliyində iştirak edib.

Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.qafqazinfo

Leyla Əliyeva Bakıdakı uşaq evlərində- Fotolar
Leyla Əliyeva Bakıdakı uşaq evlərində- Fotolar
Leyla Əliyeva Bakıdakı uşaq evlərində- Fotolar
Leyla Əliyeva Bakıdakı uşaq evlərində- Fotolar
Leyla Əliyeva Bakıdakı uşaq evlərində- Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler