» » Şəkidə 30 yaşlı kişini tok vurdu

Şəkidə 30 yaşlı kişini tok vurdu

Bölmə: Xəbər
Şəkidə 30 yaşlı kişini tok vurduŞəkidə 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Göynük kənd sakini, 1984-cü il təvəllüdlü Azər Abdulla oğlu Mahmudov dekabr ayının 30-u axşam saatlarında elektrik cərəyanı vurması nəticəsində şok vəziyyətdə xəstəxanaya daxil olub. Həkimlərin göstərdiyi səylərə baxmayaraq 30 yaşlı Azər Mahmudovun həyatını xilas etmək mümkün olmayıb. Azər Mahmudov xəstəxananın reanimasiya şöbəsində ölüb.

Məlumatda bildirilir ki, yaşadığı evin çardağında elektrik naqillərini təmir edən Azər Mahmudovu elektrik cərəyanı vurub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə
Lent.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler