Bir qrup dövlət adamları cəzaçəkmə müəssisəsində -olublar (foto)Bölmə: Xəbər
Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra sosial adaptasiyasına şərait yaradılması məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti bir sıra tədbirlər həyata keçirir. ANS PRESS-ə istinadən bildirir ki, növbəti belə tədbir Dini Qurumlarla İş üzər Dövlət Komitəsi (DQİDK) ilə keçirilib. Belə ki, dekabrın 16-da 6 saylı cəzaçəkmə müəssisəsində DQİDK sədri Mübariz Qurbanlı məhbuslarla görüşüb. Tədbirin mövzusu məhkumların vicdan və dini etiqad azadlıqlarına aid maarifləndirmə işinin aparılması olub. Görüşdə DQİDK-nin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı, ədliyyə nazirinin müavini, ədliyyə general-leytenantı Mədət Quliyev, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|