» » Mübariz Qurbanlı yəhudi icmasına baş çəkdi

Mübariz Qurbanlı yəhudi icmasına baş çəkdi

Bölmə: Din
Mübariz Qurbanlı yəhudi icmasına baş çəkdiDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Yəhudilərinin Bakı dini icmasında olub.

Komitədən ANS PRESS-ə verilən məlumata görə, qeyri-islam təmayüllü dini icmalarla tanışlıq məqsədilə keçirilən görüşdə M.Qurbanlı Avropa Yəhudilərinin sinaqoqu və dini icmanın fəaliyyəti ilə tanış olub. Dini icmanın fəaliyyəti haqqında məlumat verən icma sədri Gennadi Zelmanoviç həm Dövlət Komitəsi, həm də hökumət tərəfindən dini icmaya göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib.

İcma sədri qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub.

Dövlət Komitəsinin sədri dinə dövlət qayğısından danışaraq bildirib ki, Azərbaycan hüquqi dövlət olmasına baxmayaraq, din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir: "Azərbaycanda insanların dini etiqad azadlığının təmin olunması və qorunması üçün hüquqi baza var və hər bir vətəndaşın etiqad azadlığı dövlətin təminatı altındadır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler