» » Turan “Space”dən getdi

Turan “Space”dən getdi

Bölmə: Xəbər
Turan “Space”dən getdi




Aparıcı Turan İbrahimov “Space” telekanalı ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

İbrahimov qərarının səbəbini də açıqlayıb: “İki həftə əvvəl verdiyimiz qərardır. “Space” TV-dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram”.

Xatırladaq ki, fevralın 7-də “Space” TV-də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. Onu “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler