» » Hava şəraiti kəskin dəyişəcək

Hava şəraiti kəskin dəyişəcək

Bölmə: Xəbər
Hava şəraiti kəskin dəyişəcək




Fevralın 23-ü axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Hava şəraitinin yağıntılı olacağı və qar şəklində düşəcəyi gözlənilir. Qarlı proses respublikanın əksər bölgələrini əhatə edəcək. Hətta Böyük Qafqazın bəzi ərazilərində, dağlıq və dağətəyi zonalarda qarın intensiv olacağı proqnozlaşdırılır.

“Xalqinfo” xəbər verir ki, bunu Azərtac-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, fevralın 23-ü axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Gecə saatlarından etibarən və fevralın 24-ü günün birinci yarısında yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimal edilir: “Proqnoz qısamüddətlidir. Fevralın 24-ü axşam saatlarında ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntılar kəsiləcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler