» » Siyavuş Novruzov ABŞ-ın fitnə-fəsadlarından

Siyavuş Novruzov ABŞ-ın fitnə-fəsadlarından - danışdı

Bölmə: Xəbər, BLOK XƏBƏR
Siyavuş Novruzov ABŞ-ın fitnə-fəsadlarından
Milli Məclisin bu günkü iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov növbəti dəfə ABŞ haqqında tənqidi fikirlər səsləndirib.

XALQİNFO.AZ ANS PRESS-ə istinadən bildirir ki, YAP rəsmisi ABŞ Konqresinin 6 min səhifəlik işgəncə hesabatına diqqət yönəldib.

Siyavuş Novruzov bildirib ki, ABŞ demokratiya, söz azadlığının təmin olunmasının adı altında başqa ölkələrin daxili işlərinə müdaxilə edir.

“Bəs niyə görə ABŞ məhkumlara işkəncə verən şəxsləri cinayət məsuliyyətinə cəlb etmir? ABŞ okeanın o tayından gəlib, terrorçu axtrarmaq adı ilə Əfqanıstana, İraqa müdaxilə etdi. Məqsəd isə bəllidir. Azərbaycan isə öz təhlükəsizliyi naminə addımlar atanda ABŞ bunu tənqid etməyə başlayır”,-deyə deputat söyləyib.

Deputat onu da qeyd edib ki, ABŞ-da qaradərililərə qarşı soyqırımı siyasəti aparılır: “Əvvəllər Milad bayramında ABŞ-da hinduşkaların soyqırımı olurdu. İndi isə qaradərililərin soyqırımı aparılır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler