Bakıda binada güclü partlayış: ölən varBölmə: Xəbər
![]() Nəsimi rayonu, Zərifə Əliyeva göz klinikası ilə üzbəüz çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində güclü partlayış baş verib. Xalqinfo.az xəbər verir ki, Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib. Hadisə nəticəsində bir nəfər ölüb. Hadisə zamanı yoldan keçən ortayaşlı bir kişi isə partlayış nəticəsində xəsarət alıb. Belə ki, partlayış güclü olduğuna görə, evdəki əşyalar 18-ci mərtəbədən yerə tökülüb. Bu zaman partlayış zamanı yerə düşən soyuducu yoldan keçən bir şəxsin qarın hissəsinə girib. Ona ilkin tibbi yardım göstərilib. Hazırda əraziyə xeyli polis əməkdaşları, yanğınsöndürən maşınlar cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub. Bu barədə nazirlikdən məlumat verilib. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib. DİN-in mətbuat xidmətindən isə bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib. Qeyd olunub ki, hazırda təhlükəsizlik tədbirləri görülür və ilkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə qeyd edilib ki, hadisə yerinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub. Binəqədi rayonu, Cavadxan küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hadisə zamanı iki nəfər xəstəxanaya yerləşdirilib, bir nəfərə isə sağ ayağın və başın sıyrılması səbəbilə yerində yardım göstərilib. Həmçinin, hadisə zamanı bir nəfərin öldüyü bildirilir. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. İlkin məlumata əsasən, on səkkiz mərtəbəli yaşayış binasının on səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib. |
XƏBƏR LENTİ
24.03.23 18:51 | Məni rus agentləri zəhərləyib, dəqiq xatırlayıram - Saakaşvili
23.03.23 15:15 | Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto
22.03.23 23:38 | Putin Braziliyada həbs olunacaq?
22.03.23 23:25 | Qarabağda müharibə bitməyib, dayandırılıb...
22.03.23 23:20 | “Azərbaycan qadını ailə dağıtmaqla məşğuldur” - Qalmaqallı açıqlama
22.03.23 23:15 | Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
22.03.23 23:11 | Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
22.03.23 17:49 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
22.03.23 17:47 | "Rusiyanın süqutuna hazırlaşmalıdırlar" - Saakaşvili
22.03.23 17:42 | Məşhur icra başçısı yola salınır
22.03.23 17:39 | İran Naxçıvan sərhədinə hərbi texnika yeridir
22.03.23 06:38 | Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib
21.03.23 10:42 | Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir
21.03.23 10:39 | Yaponiyanın Baş naziri Ukraynaya səfər etdi
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
|