» » Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli

Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli

Bölmə: MARAQLI, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
1993-cü il dekabrın 26 -da İBAD HÜSEYNOV düşmən tərəfə mövqeyimizi genişləndirib... səngərlər qazıb, geri dönərkən vəzifə maşını ilə tank əleyhinə minaya düşmüşdü. Şoferi parca-parca olmuş özü də ölümcül yaralanmışdır. Bir ay komada qalmış, illərlə qoltuq agaclarında gəzmişdir. Bu gün AZƏRBAYCAN əsgərləri həmin səngərlərdə keşik cəkir və BAYRAQLARIMIZ orda DALGALANIR!!!
Bu münasibətlə Azərbaycanın canlı əfsanəsi, xalq qəhramanı , İbad Hüseynli Xalqinfo.az xəbər portalına geniş və maraqlı müsahibə verib.Adı çəkilən müsahibəni təqdim edirik.
Salam İbad müəllim necəsiniz?

Təşəkkür edirəm yaxşıyam.
İbad bəy birinci sualımız vətənpərvərliklə bağlı olacaq.
Müasir Azərbaycan gəncliyinin vətənpərvərliyi sizi qane edirmi?

Mən həmişə demişəm indi də deyirəm ki, hər bir vətəndaş torpağını sevməlidir. Ancaq təkcə sözdə yox ,əməldə vətəninə , dövlətinə xidmət etməlidir.Bu hər birimizin borcudur.Mən istəyirəm ki,hər bir gəncimiz cəngavər olsun ,vətənin qorunmasına ,inkişafına xidmət etsin.Özüm hərbi xidmətə gedəndə fiziki baxımdan zəif idim.Özüdə sovet ordusunda xidmət edirdik.Qarşıma məqsəd qoydum ki,mən vətənim üçün nəsə etməliyəm.Deməli altı aya elə vəziyyətə gəldim ki, əsgərlər ,zabitlər dedilər sən nə etmisən İbad? Ciddi idman məşqlərinə üstünlük vermişdim.Burdan gələ- gələ məhşurlaşırdım özümdən aslı olmayaraq .Döyüşlərim olurdu çox döyüşməzdim,döyüşə girəndə çalışırdım bir zərbə ilə qalib gəlim belə də olurdu.Özünü tərif kimi başa düşməyin. Rusiyada əsgərlik vaxtı bizə xəbər verdilər ki, rus əsgərləri Bakıda camaatı qırır.1990-cı ildə 20 yanvar hadisəsi bizi hiddətləndirdi. Mən qərargahda olan bütün azərbaycanlı uşaqları bir yerə yığdım və başladıq etiraz etməyə. Bunu görən rəhbərlik mənə bütün cəzaları versə də mübarizəmdən çəkilmədim.Bir ölüm məni saxlaya bilərdi.Ordu rəhbərliyi gördü ki, mümkün deyil men sakit qalan deyiləm.Məcburiyyət qarşısında qalıb xidməti yerimi dəyişdirdilər başqa yerə, bu bir nəticə vermədi. Başladım yenə daxili aksiya keçirməyə.Məhşur rus generalı vardı Mayor Mayorov.Dedi ki,sizi amon məhv edər ,bu yoldan çəkilin rus ordusu Bakıda cammatı qoruyur qırmır.Cavab verdim ki, nece qoruyur Bakıda qırğındı.Buda məni saxlaya bilmədi.Rəhbərlik çıxılmaz vəziyyətdə qalıb məni vaxtından 4 ay əvvəl hərbi hissədən çıxartdılar. Cibimdə bir qəpik də olmadı.məni gətirib atdılar bir yerə və dedilər buralardan get.Bundan sonra gəldim Azərbaycana gördüm vəziyyət gərgindi.Heç hərbi paltarımı dəyişmədim başladım ordumuzda xidmətə .İlk olaraq başladım kəşfiyyat işin gücləndirim. Birinci kəşfiyata gedəndə əvvəlcədən gördüm ki, erməni postu ilə bizim postun arasında böyük boşluq var. Rəhbərliyə məlumat verdim ki, postumuzu 15 km çəkirəm erməni postuna tərəf .Dedilər nə danışırsan bu çox təhlükəli hərəkətdi.Nəsə 15 km erməni postuna tərəf irəllədik yeni postları qurduq.hal-hazırda camaatımız həmin ərazilərdə yaşayır.O vaxtı imkan imkan vermədik ermənilər bu ərazidə irəlləsin. Deməli postarımızı qurandan sonra mən Bakıya qayıdası oldum.Dekabr ayının 26-da Bakıya qayıdanda uaz maşınında minaya düşdüm birdə 3 aydan sonra ayıldım.Gedeceyim maşının qapısı bağlanmırdı elə mənim şansım orda gətirmişdi ki, maşının qapısı xarab idi bağlanmırdı.İndi bir vacib və əsas məsələni də deyim.O vaxtı qurduğum səngərdə indi Azərbaycan əsgəri dayanır.
Gənclərlə bağlı onu deyə bilərəm ki, vətən üçün,millət üçün atılan xeyirli addımlar həmişə yadda qalan olur.Gənclərimiz həmişə addım atanda vətən üçün millət üçün atsınlar.Birdə gənclər düşünməsin ki, qəhramanlıq ancaq döyüşdə olur. Vətənini qəlbən sevən ,dövlətini qəlbən sevənlər milli qəhramandı.Mən belə düşünürəm.Əsas odur Vətənə xidmətdə səmimi olasan və nəsə güdməyəsən. Sən özün qəhramanlıq etməsən, qəhramanlığı verə bilməzlər.Gərək onu qazanasan,Xalqa ,dövlətə ,vətənə xidmət etməklə.Mən belə başa düşürəm.Və eyni zamanda deyirəm ki, vətən,dövlət və prezident sevilməlidir .Bu üç dəyər.Bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları Vətənimizi,Xalqımızı,dövlətimizi yaşadır.Hörmətli prezidentimiz İlham Əliyev Ulu Öndər ideyaların uğurla davam etdirir.. Biz Prezidentimzlə qürur duyuruq. Allahını ,Valideyinini sevirsənsə Prezidentini də sevməlisən. Allahımızdı yerdə Prezidentimiz. Dövlətimizin güclənməsin istəyiriksə,xalqımızın birliyin istəyiriksə Prezidentimizin ətrafında həmişə sıx birləşməliyik.

Çox sağolun İbad müəllim.Biz mətbuatdan və şəxsi məlumatdan biliriy ki, Türkiyə dövləti və xalqı sizə böyük diqqət göstərir. Bu barədənə deyə bilərsiz?

Türkiyədən son 4-5 ildə mənə böyük dəvətlər gəldi görüş üçün və digər tədbirlərə görə.Bu məni çox sevindirir. Son dövürlər də Ankarada mənim adıma küçə verildi,Adıma park salınıb, və hörmətli Ərdoğan prezident seçiləndə şəxsən mənə dəvətnamə göndərmişdi.Üç dəfə Ərdoğanla görüşmüşəm,bir neçə dəfə baş nazir Əhməd Davudoğlu ilə görüşmüşəm.Çanaqqala savaşının yüz illiyində ön cərgədə mənə yer ayrılmışdı.Bunları deməkdə məqsədim var ,böyük çıxmasın yəni bizim xidmətlərimizə böyük diqqət var.Türkiyə Araşdırmalar mərkəzi, mənəTürkiyə dövləti adından “Şərəf”ordeni verdi.(qızıl).Ancaq bir məsələni də qeyd edim ki, bizə nə qədər medal versələr də,hədiyələr versələr də bizim içimizdəki yaralar sağalan deyil.Çünki bu yara torpaq yarasıdır vətən yarasıdır.Bəzi adamlar elə düşünür ki, biz bu medallar üçün döyüşmüşük.Belə insanlar düz düşünmür.Heç kim bilmir ki,döyüşdə nə ola bilər.Allah bilir ki, kim səmimi kim isə qeyri səmimi döyüşüb.

İbad bəy belə bir fikir varki, vətən uğrunda ölmək və öldürmək düşüncəsi .Xalq qəhramanı bu barədə nə düşünür ?

Düşünürəm ki, vətən uğrunda ölmək yox ,öldürmək lazımdır.Bəzi insanlar da var ki,deyirlər qəhraman ölməlidir.Məqsədimiz öldürmək olmalıdır.Vətənə ana deyirik.Bu iki varlıq müqəddəsdi,hər birimizin namusudur.İndi düşünün biz namusumu qorumaq üçün ölməliyik yoxsa öldürməliyik? Əlbətdə öldürməliyik.Allah bütün şəhidlərimizə rəhmət etsin.Vətən yolunda şəhid olublar.Ancaq onlarında məqsədi öldürmək olub.qismət elə gətirib ki,şəhid olublar.Onlar ölməyib yaşayırlar.Şəhidlik zirvəsinin ölçüsü yoxdur.

İbad bey indiki Azərbaycan ordusu və Qarabağ məsələsi.Ermənilər tarixi torpaqlarımızı işğal ediblər.Sizcə bu necə olacaq?

Sizə bir məsələni deyim .Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Prezident seçilməsəydi biz indi mövcud deyilidik.Mən əvvəli deyirəm.Bunlar mənim gözlərimin önündə baş verib.Azərbaycan yox vəziyyətində idi.Ulu Öndərə qədər ancaq vətənpərvər uşaqlar döyüşürdü.Dövlətdə isə hakimiyyət üstündə bir birin qırırdı.Ulu Öndər bunların qarşısın aldı və bügünkü güclü orduya,hörmətə maliknolan Azərbaycanımızı qurdu yaratdı.Bunu qeyd etməmək böyük vicdansızlıq olar.O vaxtı biz döyüşəndə indiki imkanımız gücümüz olsaydı nəyinki Qarabağı,İravan torpaqlarımızı da ermənilərdən təmizləyərdik. Bizim indi güclü dövlətimiz var,güclü ordumuz var,birliyimiz var və bütün bunların başında İlham Əliyev kimi Ali Baş Komandanımız var.Bizə yalnız əmr lazımdı ,döyüş əmri.Bizim birliyimizi yaradan Ulu Öndər Heydər Əliyev olub.Nə qədərki, tarix var,nə qədərki, bəşər var Ulu Öndərimiz ideyaları yaşayacaq.Xalqımıza xidmət ideyaları İlham Əliyev tərəfindən uğurla davam etdiriləcək.

İbad müəllim gənclər haqqında nə düşünürsünüz?

Gəncləri çox sevirəm.Gənclər bizim gələcəyimizdir. Bizim nəyə gücümüz çatıb etmişik. Bu gün torpaqlarımızın iyirmi faizi erməni işğalındadır.Müstəqil dövlətimiz var. Arzu edirəm ki,bizdən sonrakı nəsil bütöv Azərbaycan ərazisində yaşasın .işğalda olan torpaqlarımızada dönə bilək.Əminəm ki, biz tarixi ərazilərimizə qayıdacağıq.Özüdə ermənilər o torpaqları elə belə boşaltmayacaq.Bizdən qorxaraq geri çəkiləcək.Türk əsgərinin döyüşü və tarixi dünyaya yaxşı bəllidir. Eyni zamanda gənclərimizə üzümü tutub deyirəm ki, dövlətimizi daxildə qorumaqla bərabər kənar yerlərdə də qorumağı bacarsınlar.Səmi xidmət etsinlər,yüksək təhsil alsınlar,müasir dünya ilə bir gedə bilsinlər.Mən gənclərimizə bunu arzulayıram.

İbad bəy dünyada baş verən ədalətsizlik dövlət olaraq bizim də bəxtimizə düşüb.
Qarabağ məsələsi və s. Nə deyə bilərsiz?


Bəli bizə qarşı bir sifət göstərən yoxdur. Biz bunu bilirik.Guya böyük dövlətlər bilmir ki,Qarabağ və ətraf rayonlar türk torpaqlarıdı,Azərbaycana məxsusdur? Yaxşı bilirlər. Mən siyasətçi deyiləm ancq bilirəm ki, bu bir oyundur.Senari əsasında qurulmuş əngəl.Torpaqlarımızı bizə kimsə qaytaran deyil.Biz özümüz doğma torpaqlarımıza gedəcəyik.Xarici dövlətlərin köməyini gözləmək lazım deyil.


İbad bəy Son vaxtlar Nardaranda bəzi hadisələr baş verdi. Sizcə nə baş verdi?

İnanmıram Nardaran cammatı belə etsin.Burada basqa əl görsənirdi.Din adı altında təxribat idi.Biz bu dövləti qurmadıq ki, kimsə dağıtsın.Bizim dövlət elə belə dövlət deyil ki, kim nə istəsə etsin.

İbad bəy bəzi insanlar sizin xidmətinizə kölgə salmağa çalışır.Və iddia edirlər ki, erməni terrorçusu Avonun başın siz kəsməmisiniz.
Bilirəm bunlar hamısı qısqanclıqdı,belə insanlar var.Ermənilər bunu özləri deyir bizim bəzi naxələflər paxıllıq hissi ilə yanaşırlar.Bunu Allah bilir,döyüş yoldaşlarım görüb,sənədlər var.
İbad bəy Hörmətli Akademik ,Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev öz kitabında qeyd edib ki,Avonu öldürmək İbad Hüseynlinin böyük xidmətidir.Hörmətli Ramiz müəllim kitabı araşdırıb yazıb.Mənim xidmətimə qisqancıqla yanaşanlar buna nə deyəcəklər. Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu "Dağlıq Qarabağ” kitabında da Melkonyanın ölümünə toxunulub:"Xarici düşmənlər ölkədə ağır böhranlı situasiyadan istifadə edərək yenidən cəbhədə üstünlüyü ələ almağa çalışdı. Həmin dövrdə Ermənistan Azərbaycanın mərkəzi rayonlarını işğal etmək üçün irimiqyaslı əməliyyatlar hazırlamışdı. Yeravanın bu planını ASALA terror təşkilatının lideri, səhra komandiri Monte Melkonyan həyata keçirməli idi. Hücum 1993-cü iyun ayının ortalarına təyin olunmuşdu. Lakin bu irimiqyaslı hücum əməliyyatından bir neçə gün əvvəl İbad Hüseynovun başçılığı ilə Azərbaycan kəşfiyyat qrupu erməni qüvvələri tərəfindən nəzarət olunan ərazilərin arxasına keçir. 1993-cü il 12 iyun tarixində Xocavənd rayonunun Muğanlı kəndində Azərbaycan kəşfiyyatçıları ilə üzbəüz döyüşdə Monte Melkonyan öldürülür”.

Qeyd; Melkonyanın ölümü

Rəsmi mənbələrdə Melkonyan 12 iyun 1993-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində öldürülüb.

İbad Hüseynovun Vikipedia səhifəsində isə həmin hadisə belə təsvir olunur:

“1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İ.Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan Muğanlı kəndinə daxil olur. Sonra özü ilə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an Xocavənd rayon mərkəzi və Kuropatkino kəndi tərəfdən UAZ markalı avtomobil Muğanlı kəndi istiqamətində hərəkət edir. Bir neçə dəqiqədən sonra UAZ dağ çayında ilişir. Avtomobildən hərbi formalı bir adam düşür və iki nəfəri yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə başlayır. İbadın iddiasına görə, o, Monte ilə kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanavi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad ondan özü ilə silah, şəkillə bloknot, çəkmə, siqarət və qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad komandirin otağına daxil olaraq: "Məndə sizin üçün suvenir var!" deyir və torbada olanlarını masaya düzür”.

İbad bəy sizin Avonu öldürməyinizə onun sillah daşları necə münasibət göstəriblər?

Aşot vardı muzdlu döyüşçü.3 gün Avonun meyitin axtarıblar.O da etiraf edir ki, Avo necə ölüb.
İbad Hüseynlinin dediyi kimi 1993-cü ilin iyununda itkin düşmüş Melkonyanı axtarmağa səfərbər edilmiş erməni döyüşçülərinin nəql Erməni muzdlusu Aşot Mirzoyan bu barədə yazır:

“Bəsdir, Avonun ölümü barədə yalan danışdınız! O, kosmosdan gələnlər tərəfindən öldürülməyib. O, bizim düşmənlərimizin əli ilə qətlə yetirilib. Lakin o, hansısa gənc azərbaycanlı kəşfiyyatçısından aman diləyə bilməzdi. Mən bu hadisəni gözlərimlə görmüşəm. 12 iyun 1993-cü ildə günorta təxminən 3-də bizi həyəcan siqnalı ilə ayağa qaldırdılar. Biz Muğanlı kəndini mühasirəyə aldıq. Biz Avonu axtarırdıq. Bütün səylərimizə baxmayaraq, biz onu tapa bilmədik. O, 3 gündən sonra, başsız tapılmışdı. O, bizim onu tapdığımız yerə çox yaxın yerdə öldürülmüşdü. Biz bilmirik, onlar neçə nəfər idilər. Biz orada azərbaycanlı xüsusi təyinatlıların izlərini tapmışdıq. Onlar izlərini çox yaxşı gizlətmişdilər. Mühasirədən necə çıxdıqları isə bizə indiyədək naməlum qalır”.

İbad bəy müharibə olsa və sizdə bu müharibədə iştirak etsəniz birinci məqsədiniz nə olar?

Bir dəfə döyüşə girmişəm Avonun başın kəsmişəm.Bu dəfə döyüş baş verərsə ən öndə gedən erməninin başını gətirəcəm.Vəssalam.Biz Prezidentimizin əmrin gözləyirik.

Sonda Xalq Qəhramanı İbad Hüseynli Xalqinfo.az xəbər portalına uğurlar arzuladı və bu portalda vətənpərvərlik ruhunun təbliğinə geniş yer verildiyini bildirdi.


Qeyd: Torpaq elə bir müqəddəs varlıqdır ki, Anamızı yalnız torpağa qoyanda rahatlaşırıq.Bizi dünyaya gətirən anamızı torpağa etibar edirik.
Həyətımız boyu bizi torpaq yedizdirir,bir gün isə torpaq bizi yeyir.(Türk Dünyasının Qəhramanı İbad Hüseynli.)

XALQİNFO.AZ
T.Məmmədov
Y.Zeynalov


Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli
Prezidentim döyüş əmri versə"Avonun başın gətirdiyim kimi Qoçaryanlarında başını gətirəcəm"-İbad Hüseynli

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler