“Şuşa mədəniyyətinin inciləri” layihəsi “Şuşanın dağları” mahnısına həsr olunub![]() Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsi üzrə “Şuşanın dağları” mahnısına həsr olunub. Şuşada musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri haqqında ilk mahnı məhz Xan Şuşinski tərəfindən bəstələnib. Mahnı XX əsrin 30-cu illərində meydana gəlib və musiqi və mətn müəllifi xanəndənin özünə məxsusdur. “Şuşanın dağları” mahnısı muğam üçlüyü – xanəndə (qaval), tar və kamança ifaçıları üçün nəzərdə tutulub. Tez bir zamanda sevilən və xalq mahnısı kimi qəbul edilən “Şuşanın dağları” bəstəkar Səid Rüstəmov tərəfindən nota alınaraq “Azərbaycan xalq mahnıları” toplusunda (1967) çap olunub. Mahnı iki dəfə – 1946-cı ildə muğam üçlüyü, 1962-ci ildə isə xalq çalğı alətləri ansamblının müşayiəti ilə lentə alınıb. Bu mahnıya Xan Şuşinskidən sonra da onlarla ifaçı müraciət edib. Sevindirici haldır ki, müasir dövrümüzdə müğənnilər tərəfindən ifa olunan “Şuşanın dağları” mahnısı ilkin variantda dinləyicilərə təqdim edilir. Mahnı bəstəkar Adilə Yusifova tərəfindən xor üçün işlənilərək çap olunub. Musiqi əsəri həmçinin muğam triosunun ifasında “Dərviş Parisi partladır” (1976) bədii filmində səslənir. Ekran əsərində hadisələr elə Qarabağda baş verir. Son bir il ərzində qala-şəhərimizdə keçirilən musiqi və ədəbiyyat bayramlarında yenidən Xanın səsində “Şuşanın dağları başı dumanlı” sədaları havalandı. Cıdır düzündə Xanın səsinin havalanması ilə Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbül və başqa Şuşa ünvanlı sənətkarların da ruhu rahatlıq tapdı. Şuşanın dağları başı dumanlı, Qırmızı qoftalı, yaşıl tumanlı, Dərdindən ölməyə çoxdur gümanım. Ay qız, bu nə qaş-göz, bu nə tel, Ölərəm dərdindən, onu bil, Danışmasan da, balam, barı gül... |
XƏBƏR LENTİ
31.01.23 13:21 | Səhlab Bağırov yeni yaradılan mərkəzin rəisi oldu
31.01.23 12:34 | Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30.01.23 15:41 | Azər Namazov işdən çıxarılıb
30.01.23 15:36 | Hollandiyadakı etirazda 768 ekoloji fəal saxlanıldı
30.01.23 15:31 | Prezidentlərin geniş tərkibdə görüşü olub
30.01.23 15:30 | Azərbaycan və Macarıstan Prezidentlərinin təkbətək görüşü oldu
30.01.23 15:15 | Ukraynalı səfir İran XİN-ə çağırıldı
30.01.23 15:12 | Ərdoğan AÇIQLADI: “Bizi təhdid edənlər...”
30.01.23 14:59 | Güneydə molla rejiminin qeyri-insani rəftarı davam edir
30.01.23 14:58 | Sabah qar yağacaq, yollar buz bağlayacaq
30.01.23 14:51 | Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
30.01.23 14:34 | Azərbaycanda ŞOK: Milli Məclisin 75 yaşlı deputatı sünnət olundu
30.01.23 14:29 | Orxan Əsgərov dəfn olundu
30.01.23 14:26 | Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
|