» » Elman  Nəsirov  seçicilərlə videoformatda nədən danışdı?- Fotolar

Elman  Nəsirov  seçicilərlə videoformatda nədən danışdı?- Fotolar

Bölmə: Xəbər, Sosial
Elman  Nəsirov  seçicilərlə videoformatda nədən danışdı?- Fotolar


Xalqinfo.az-a daxil olan məlumatda deyilir ki,Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  Elman  Nəsirov  sentyabrın  4-də  təmsil  etdiyi  68  №-li  Cəlilabad  kənd  seçki  dairəsinə  daxil  olan Alar  kəndinin  bir  qrup  seçicisi  ilə  videoformatda  görüş  keçirmişdir.

Görüş  çərçivəsində  deputat  Elman  Nəsirov  seçicilərin  nəzərinə  çatdırmışdır ki, möhtərəm  Prezidentimiz  cənab  İlham  Əliyevin   rəhbərliyi  altında  ölkəmizdə  irimiqyaslı  və  hərtərəfli  islahatlar  kursu  həyata  keçirilir. Bu  kurs  ölkəmizdə  elə  bir  sahə  yoxdurki, onu  əhatə  etməsin. Məqsəd  insanların  yüksək  sosial  rifahının  təmin  edildiyi  müasir  və  inkişaf  etmiş  hüquqi  dövlət  formalaşdırmaqdır. Eyni  zamanda  dövlət  başçısının  rəhbərliyi  altında  COVİD-19  pandemiyasına  qarşı  önləyici, ardıcıl  və  sitemli  xarakterli  addımların  atılması  nəticəsində  xəstəliyə  yoluxma  faizi  kəskin  aşağı  düşmüşdür. Bu  müsbət  tendesiyanın  qorunub  saxlanılması  və  daha  da  inkişaf  etdirilməsi  üçün  məsuliyyət  və  nizam-intizam   məsələlərinə  xüsusi  diqqət  yetirilməlidir.
           Görüşdə  2 №-li  kənd  məktəbinin  direktoru  Tahir  Əsgərov, kənd  tibb  mətəqəsinin  baş  həkimi  Əfrahim  Hüseynov, kənd  məscidinin  axundu  Hacı  Fikrət  Əzimov, kənd  sakinləri  Əzizağa  Əzizov, Ədalət  Camalov, 3№-li  kənd  məktəbinin  müəllimi  Əzizxan  Əzizov, kənd   bələdiyyəsinin  sədr  müavini   Fəxrəddin  Səlimov  və  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndə  Hafiz  Kərimov  çıxış  edərək  bildirdilər  ki, ölkəmizdə  siyasi  sabitlik, əmin-amanlıq  və  təhlükəsizlik  ən  yüksək  səviyyədə  təmin  olunmuşdur. Bu  uğurun  əsasında  xalq-hakimiyyət  birliyi  dayanır. Xalqımız  cənab  Prezidentin  bütün  təşəbbülərini  birmənalı  olaraq  dəstəkləyir.  Biz  Cəlilabdlılar da  hər  zaman  möhtərəm  Przedintimiz  cənab  İlham  Əliyevin  həm  daxili, həm  də  xarici  siyasətini  yekidlliklə müdafiə  edirik.  .

Xüsusi  ilə  koronavirus  pandemiyasına  qarşı  cənab  Prezidentin  rəhbərliyi  altında  həyata  keçirilən  uğurlu  siyasət  hər  birimizdə  qürur  hissi  doğurur.
         Seçicilər  geniş  fikir  mübadiləsi  ilə  müşaiyət  olunan  videoformatda  keçirilən  görüşdə  bir  sıra  onları  narahat  edən  məsələri  də  dilə  gətirdilər.  Bu, əsasən, quraqlıq  nəticəsində  yaranmış  su  qıtlığı  ilə  bağlı  problemi  özündə  ehtiva  etmişdir.  Eyni  zamanda  subartezian  quyularının  qazılmasının  və  kəndarası  yolların  təmirinin  vacibliyi  də  vurğulanmışdırlar.  Kənd  sakinləri  elektrik  xəttlərinin  kabelləşməsi  və  internetin  zəifliyi  ilə  əlaqədar  məsələlərə  də  diqqəti  cəlb  etmişlər.
  Görüşün  sonunda  çıxış edən  deputat  Elman  Nəsirov  bildirmişdir  ki, qaldırılan  məsələlərin  həlli  ilə  bağlı  müvafiq  yerli  və  mərkəzi  icra  hakimiyyəti  orqanlarına  müraciət  edəcəkdir.
Elman  Nəsirov  seçicilərlə videoformatda nədən danışdı?- Fotolar
Elman  Nəsirov  seçicilərlə videoformatda nədən danışdı?- Fotolar
Elman  Nəsirov  seçicilərlə videoformatda nədən danışdı?- Fotolar
Elman  Nəsirov  seçicilərlə videoformatda nədən danışdı?- Fotolar
Elman  Nəsirov  seçicilərlə videoformatda nədən danışdı?- Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler