Elman Nəsirov: “Cəmil Həsənlinin niyyəti seçki prosesinə kölgə salmaqdır”Bölmə: Siyasət, BLOK XƏBƏR
“Milli Şura adlandırılan qurumun rəhbəri Cəmil Həsənlinin seçkiyə 12 gün qalmış deputatların siyahısını yayması məntiqəuyğun deyil. Seçkili orqanda öncədən kimin seçiləcəyini kim bilə bilər? Ona görə də onun bu addımı seçki prosesinə kölgə salmaq cəhdidir. Nəzərə alın ki, onlar seçkilərə qatılmayıblar. Seçkiyə qatılsaydılar, Cəmil Həsənlini indiki məqamda başa düşmək olardı. Onlar seçkiləri boykot etdiklərini deyirlər, əslində isə xalq onları boykot edib. Bunu Pravda.az-a açıqlamasında fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsindən namizədi Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, seçkilərə kölgə salmaq cəhdini ermənipərəst siyasi dairələr də həyata keçirir: “Onlar iddia edirlər ki, ölkədə guya seçkilər keçirilmir, deputatlar təyin olunurlar. Bilirsiniz ki, bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana hazır siyahılarla gəlirlər. Seçkilərlə bitəndən sonra həmin neqativ hesabatlarını yayırlar. Azərbaycanda keçirilən demokratik, şəffaf seçki prosesinə kölgə sala bilməyəcəklər. Ölkəmizdə hər seçki əvvəlkindən daha demokratik keçirilir. Demokratiya bir prosesdir, burada son nöqtə yoxdur. Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 2 431 nəfər müraciət etmişdi. Onlar 1 637 nəfəri qeydə alındı. Geri götürənlər də oldu, hazırda deputatlığa namizədlərin sayı 1 324 nəfərdir. Azərbaycan Xalq Cəbhəsi Partiyası istisna olmaqla, demək olar, bütün siyasi partiyalar seçkilərə qatılıb. Hər kəsə bərabər şərait yaradılıb, qanunvericiliyə uyğun olaraq bütün namizədlər görüşlərini keçirir, heç bir əngəl yoxdur, azad rəqabət mühiti yaranıb. 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədəm, bu dairədə bütün namizədlərə ən yüksək səviyyədə şərait yaradılıb. Əgər hansısa namizədin keçirdiyi görüşdə az sayda seçici iştirak edirsə, deməli, sosial bazası yoxdur. Seçicilər məni uzun müddətdir, tanıyırlar. Mənim bir sifətim var, hakim Yeni Azərbaycan Partiyasını təmsil edirəm, təşkilatın siyasətinə sadiqəm. Seçicilər də mənimlə fəxr edirlər, bunu açıq şəkildə söyləyirlər. Deputat olmaq mənim üçün şərəf və məsuliyyətdir. Millət vəkili xalqın içində olmalıdır, onları problemləri ilə maraqlanmalıdır. Görüşlərdən gəldiyim qənaət odur ki, insanlar seçimlərini ediblər... Amma mən heç vaxt arxayınlaşmıram. Rəqiblərimin əleyhinə də heç vaxt neqativ fikir səsləndirməmişəm. Xalqın gözü tərəzidir, ağı qaradan yaxşı seçə bilir. Radikal müxalifət 1990-cı illərin əvvələrində hakimiyyətdə cəmi 1 il qala bildilər. Amma tənqid etdikləri şəxslər isə 27 ildir ki, hakimiyyətdədirlər. Xalq Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Bu da səbəbsiz deyil, İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirir. Xalq ölkədə həyata keçirilən islahatların şahidi olur, dəyərləndirir. Hazırkı hakimiyyət elə seçki təşkil edir ki, orada hər bir namizədə bərabər şərait yaradılır. Heç bir namizəd deyə bilməz ki, hər hansı təzyiq var, bu, qeyri-mümkündür”. Qeyd: Cəmil Həsənlinin yaydığı siyahını təqdim edirik: 1 saylı Şərur-Sədərək seçki dairəsi Talıbov Vasif 2 saylı Şərur seçki dairəsi Həbibbəyli İsa 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi Möhbalıyev Səttar 4 saylı Naxçıvan şəhər seçki dairəsi İbrahimov Eldar 5 saylı Şahbuz-Babək seçki dairəsi Novruzov Siyavuş 6 saylı Culfa-Babək seçki dairəsi Həmzəyeva Ülviyyə 7 saylı Ordubad-Culfa seçki dairəsi Quliyev Cəbi 8 saylı Binəqədi birinci seçki dairəsi Quliyev Azay 9 saylı Binəqədi ikinci seçki dairəsi Qafarov Kamaləddin 10 saylı Binəqədi üçüncü seçki dairəsi Musayev Madər 11 saylı Qaradağ seçki dairəsi Hüseynov Aydın 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi Cəfərov Natiq 13 saylı Xəzər - Pirallahı seçki dairəsi Əliyev Rauf 14 saylı Xəzər seçki dairəsi Məmmədov Soltan 15 saylı Yasamal birinci seçki dairəsi Quliyev Ülvi 16 saylı Yasamal ikinci seçki dairəsi Qədirli Erkin 17 saylı Yasamal üçüncü seçki dairəsi Allahverdiyev Elnur 18 saylı Nərimanov-Nizami seçki dairəsi Musabəyov Rasim 19 saylı Nərimanov birinci seçki dairəsi Məmmədov Hikmət (Baba oğlu) 20 saylı Nərimanov ikinci seçki dairəsi Əliyev Adil 21 saylı Nəsimi birinci seçki dairəsi İbrahimqızı Məlahət 22 saylı Nəsimi ikinci seçki dairəsi Mollazadə Asim 23 saylı Nəsimi-Səbail seçki dairəsi Səmədzadə Ziya 24 saylı Nizami birinci seçki dairəsi Nurullayeva Könül 25 saylı Nizami ikinci seçki dairəsi Vəliyeva Sədaqət 26 saylı Sabunçu birinci seçki dairəsi Mustafa Fazil 27 saylı Sabunçu ikinci Salahzadə Əliabbas 28 saylı Sabunçu üçüncü seçki dairəsi Quliyev Eldar 29 saylı Səbail seçki dairəsi Arpadaray Nigar 30 saylı Suraxanı birinci seçki dairəsi Fətəliyeva Sevinc 31 saylı Suraxanı ikinci seçki dairəsi Quliyev Fərəc 32 saylı Suraxanı üçüncü seçki dairəsi Həsənova Afət 33 saylı Xətai birinci seçki dairəsi Mirələmov Hüseynbala 34 saylı Xətai ikinci seçki dairəsi Zabelin Mixail 35 saylı Xətai üçüncü seçki dairəsi Rauf Arifoglu Ve yaxud İqbal Ağazadə 36 saylı Xətai dördüncü seçki dairəsi Həsənquliyev Qüdrət 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Kərimzadə Pərvin 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi Həmzəyev Naqif 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi Cəfərov Müşviq 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi Quliyev Musa 41 saylı Sumqayıt birinci seçki dairəsi Hüseynova Hicran 42 saylı Sumqayıt ikinci seçki dairəsi Mirkişili Tahir 43 saylı Sumqayıt üçüncü seçki dairəsi İsrafil İkram 44 saylı Sumqayıt-Xızı seçki dairəsi Məmmədli Müşfiq 45 saylı Abşeron seçki dairəsi Əsədov Oqtay 46 saylı Şirvan seçki dairəsi Camalov Rəşad 47 saylı Mingəçevir seçki dairəsi Mirzəzadə Aydın 48 saylı Yevlax seçki dairəsi Məmmədov İlham 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi Hüseynov Əli 50 saylı Abşeron – Qobustan seçki dairəsi Seyidzadə Şahin 51 saylı Qusar seçki dairəsi Badamov Azər 52 saylı Quba seçki dairəsi Əhmədov Vahid 53 saylı Quba-Qusar seçki dairəsi Rafailov Anatoliy 54 saylı Şabran-Siyəzən seçki dairəsi Qurbanov Sadiq-Mamedov Tural? 55 saylı Xaçmaz şəhər seçki dairəsi Səlimov Eldəniz 56 saylı Xaçmaz kənd seçki dairəsi Mikayılova Sevil 57 saylı Kürdəmir seçki dairəsi Ağazadə Əminə 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Hüseynov Rəfael 59 saylı Salyan seçki dairəsi Əhmədova Jalə 60 saylı Salyan-Neftçala seçki dairəsi Ağamalı Fəzail 61 saylı Neftçala seçki dairəsi Rüstəmxanlı Sabir 62 saylı Saatlı seçki dairəsi Ələkbərli Əziz 63 saylı Sabirabad birinci seçki dairəsi Cəfərov Kamal 64 saylı Sabirabad ikinci seçki dairəsi Məmmədov Ramin 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Əmiraslanov Əhliman 66 saylı Biləsuvar seçki dairəsi Məhərrəmov Bəhruz 67 saylı Cəlilabad şəhər seçki dairəsi Həsənov Malik 68 saylı Cəlilabad kənd seçki dairəsi Nəsirov Elman 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi İbrahimli Fəzail 70 saylı Masallı şəhər seçki dairəsi Məmmədov Məşhur 71 saylı Masallı kənd seçki dairəsi İsgəndərov Anar 72 saylı Yardımlı-Masallı seçki dairəsi Qasımlı Musa 73 saylı Lənkəran şəhər seçki dairəsi Quliyev Rüfət 74 saylı Lənkəran kənd seçki dairəsi Rəcəbli Hadı 75 saylı Lənkəran-Masallı seçki dairəsi Paşazadə Cavanşir 76 saylı Lənkəran-Astara seçki dairəsi Əsgərov Ziyafət 77 saylı Astara seçki dairəsi Mahmudov Rəşad 78 saylı Lerik seçki dairəsi Məmmədov İqbal 79 saylı İmişli seçki dairəsi Nurullayev Razi 80 saylı İmişli-Beyləqan seçki dairəsi Qənizadə Çingiz 81 saylı Beyləqan seçki dairəsi İsmayılov Şahin 82 saylı Ağcabədi seçki dairəsi Rzayev Tahir 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi Abbas Aqil 84 saylı Füzuli seçki dairəsi Bayramov Vüqar 85 saylı Şamaxı seçki dairəsi Cəfərova Tamam 86 saylı İsmayıllı seçki dairəsi Novruzəli Aslanov 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi Kərimli Tahir 88 saylı Göyçay seçki dairəsi Hacıyev Sabir 89 saylı Göyçay-Ağdaş seçki dairəsi Əfəndiyev Məzahir 90 saylı Ağdaş seçki dairəsi Osmanov Cavid 91 saylı Ucar seçki dairəsi Həsən Ramil Sahib oğlu 92 saylı Zərdab-Ucar seçki dairəsi Əliyeva Jalə 93 saylı Bərdə şəhər seçki dairəsi Yıldırım Fatma 94 saylı Bərdə kənd seçki dairəsi Oruc Zahid 95 saylı Tərtər seçki dairəsi Alıyev Sahib 96 saylı Goranboy-Naftalan seçki dairəsi Məmmədov Anar 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi Vəliyev Ağalar 98 saylı Şəmkir şəhər seçki dairəsi Qafarova Sahibə 99 saylı Şəmkir kənd seçki dairəsi Həsənov Nurlan 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi Bayramov Kamran 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi Mirbəşiroğlu Elşad 102 saylı Samux-Şəmkir seçki dairəsi Səfərov Nizami 103 saylı Gədəbəy seçki dairəsi Hüseynova Sevinc 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi Nağıyev Arzu 105 saylı Tovuz seçki dairəsi Paşayeva Qənirə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi Ağayeva Ülviyyə 107 saylı Qazax seçki dairəsi Seyidov Səməd 108 saylı Ağstafa seçki dairəsi Cəfərov Nizami 109 saylı Balakən seçki dairəsi Məhəməliyev Nəsib 110 saylı Zaqatala seçki dairəsi Musayev Elşən 111 saylı Zaqatala-Balakən seçki dairəsi Əliyeva Kamilə 112 saylı Qax seçki dairəsi Kərimli Azər 113 saylı Şəki şəhər seçki dairəsi Məmmədzadə Tünzalə? 114 saylı Şəki kənd birinci seçki dairəsi Əli Məsimli 115 saylı Şəki kənd ikinci seçki dairəsi Feyziyev Cavanşir 116 saylı Qəbələ seçki dairəsi Heydərov Fəttah 117 saylı Oğuz-Qəbələ seçki dairəsi Naxçıvanlı Aqiyə 118 saylı Ağdam şəhər seçki dairəsi Əliyev Bəxtiyar 119 saylı Ağdam kənd seçki dairəsi Sadıqov Bəxtiyar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi Məmmədov Ceyhun 121 saylı Laçın seçki dairəsi Abbaszadə Mahir 122 saylı Xankəndi seçki dairəsi Gəncəliyev Tural 123 saylı Kəlbəcər seçki dairəsi Məmmədov Aqil 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi Məmmədov Elman 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi İsmayılov İmamverdi |
XƏBƏR LENTİ
01.09.24 22:06 | Parlament seçkilərinin növbəti “Exit poll” nəticələri - Siyahı
21.08.24 12:41 | Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldı
13.08.24 12:23 | Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti qəbul etmədi
12.08.24 15:33 | Elmar Məmmədyarov Rusiyaya səfir gedir?
12.08.24 15:28 | Ən çox şikayət edilən bankların SİYAHISI
12.08.24 15:26 | Kurskda rus qadının Ukrayna əsgərinə bu sözü şoka saldı
12.08.24 15:21 | Rus hərbçiləri Ukrayna ordusuna kütləvi şəkildə təslim olub
12.08.24 15:13 | ABŞ və İngiltərə Yəməni vurdu
12.08.24 15:12 | Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi
12.08.24 15:06 | Prezidentdən başsağlığı
12.08.24 15:04 | Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
|