Bakıda avtobus insanlara şok yaşatdı- VideoBölmə: Xəbər
Avtobus qəzalarının əksəriyyəti sürücülərin səhlənkarlığı, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları və ya ümumiyyətlə, qaydalardan xəbərsiz olmaları ucbatından baş verir. Xalqinfo.az-ın məlumatına görə, avtosfer.az-ın təqdim etdiyi bu qəza videosunda olduğu kimi. Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza doğrudan da gözlənilməz idi. Çünki bura yolun hərəkət hissəsi yox, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən «McDonalds»ın qarşısında avtobus dayanacağıdır. Burada hərəkət o qədər də intensiv deyil. Kadrlardan da görünür ki, ərazidə sıxlıq müşahidə olunmur. Aşağı sürətlə hərəkət edən avtobusun sürücüsünün birdən-birə qaz verməsi, nəqliyyat vasitəsini səkiyə çıxarıb aşırması başadüşülən deyil. Çox güman ki, sürücü ya yuxulu olub, ya da fikri başqa yerdə imiş. Avtobusun qəfil aşması ətrafdakıları qorxudur. Çünki avtobus aşan kimi yanacaq çəni deşilir və benzin axmağa başlayır. Buna baxmayaraq, bir neçə nəfər avtobusun üstünə çıxaraq qapıları açmağa çalıhır. Bəziləri isə benzin axdığını görən kimi geri qayıdır. Avtobusdakı sərnişinlər pəncərədən çıxmağa cəhd edirlər. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|