» » Avtobus avtomobilləri bir-birinə belə yapışdırdı -

Avtobus avtomobilləri bir-birinə belə yapışdırdı - Video

Bölmə: BLOK XƏBƏR
Avtobus avtomobilləri bir-birinə belə yapışdırdı -
Bu gün səhər saatlarında Nərimanov prospektində 83 saylı marşrut xəttə işləyən “Daewoo” markalı 90 MO 168 dövlət nömrə nişanlı avtobusun törətdiyi qəza ilə bağlı videmateralı təqdim edirik.


"Xalqinfo" avtosfer.az-a istinadən xəbər verir ki, qəza nəticəsində prospektin kənarında park edilən, məhəllə sakinlərinə məxsus 6 avtomobilə ciddi ziyan dəyib. Həmin avtomobillər ard-arda düzüldüyü üçün avtobusun güclü zərbəsi nəticəsində hamısı bir-birinə çırpılıb. Bundan başqa avtobus bir ağacı da aşırıb. Sürücü isə hadisə yerindən qaçıb.

Videodan aydın olur ki, avtomobillər ciddi zərər görüb. Bu isə o deməkdir ki, avtobus yüksək sürətlə hərəkət edirmiş. "Sovetski" küçəsi kimi darısqal yerdə yüksək sürətlə avtobus sürən sürücünün kimliyi maraq doğurur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler