» » Azərbaycan, İran və Rusiya prezidentləri bu gün görüşürlər

Azərbaycan, İran və Rusiya prezidentləri bu gün görüşürlər

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Azərbaycan, İran və Rusiya prezidentləri bu gün görüşürlər
Bu gün Tehran şəhərində Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.

Xalqinfo.az “Report”-a istinadən xəbər verir ki, İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani sammitdə infrastruktur layihələri və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Sammitin yekununda liderlər birgə bəyanatla çıxış edəcəklər. Bəyanatda gələcək əməkdaşlığın əsas istiqamətləri öz əksini tapacaq.

Bu formatda danışıqlar artıq ikinci dəfə keçiriləcək. Liderlər ilk dəfədir prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda bir araya gəlmişdilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler