» » Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb

Bölmə: Xəbər, Kriminal
Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü saxlanılıb.

"Xalqinfo"nun DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 23.00 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elnurə Məmmədova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü paytaxt sakini Razim Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler