» » Yolda aparılan təmir qəzaya səbəb oldu

Yolda aparılan təmir qəzaya səbəb oldu

Bölmə: Xəbər
Yolda aparılan təmir qəzaya səbəb oldu

Təmirə bağlanan yolda “dayan” işarəsinin olmaması eyni anda üç avtomobilin yolun ortasına qoyulan beton maneələrə çırpılmasına səbəb olub.

ANS TV-nin məlumatına görə, ağır qəza ötən gecə paytaxtın Yasamal rayonu ərazisində dairəvi yolda baş verib. Qəza zamanı əvvəlcə Məhəmmədəli Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən yolda “dayan” işarəsi olmadığından beton məneələri görmədiyi üçün avtomobilini həmin yerə çırpıb.

Bir az keçməmiş eyni hal həmin yolda bir-birlərinin arxası ilə hərəkətdə olan Həsəd Alışov və onun qardaşı Adəmin də başına gəlib. Onlar da idarə etdikləri “VAZ 2106” markalı avtomobillərini eyni anda beton maneələrə çırpıblar.

Hadisə nəticəsində Adəm Alişov və onun avtomobilində olan üç nəfər sərnişin xəsarət alıblar. Yaralılara təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə Yasamal rayonu Dövlət Yol Polisinin əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler