Bakıda qəza: 3 gənc öldü, 2-si yaralandıBölmə: BLOK XƏBƏR
Bakı şəhəri Qaradağ rayonu ərasizində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin ans press-ə verdikləri məlumata görə, qəza ötən gün səhər saatlarında Ələt-Astara yolunda qeydə alınıb. Hadisə “Prado” markalı avtomobillə, “Vaz 21015” markalı avtomobilin toqquşması nəticəsində baş verib. “Vaz 21015”in içərisində 5 gənc olub. Qəza nəticəsində “Vaz 21015”- sürücüsü 1990-cı il təvəllüdlü Ramil Möhnətov və onun yanında olan 1993-cü il təvəllüdlü Röyal Dadaşov və Fuad Quliyev dünyalarını dəyişiblər. “Vaz 21015”- in içərisində olan digər iki nəfər - Müqəddəs Əliyev və Şahin Süleymanov ağır vəziyətdə vəziyyətdə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. Salyan rayonu Xərəc kəndinin sakinləri olan gənclərin Sənqəçal qəsəbəsində yerləşən neft obeyktlərindən birində mühafizəçi vəzifəsində işlədikləri bildirilir. “Prado”-da isə bir nəfər sürücü olub. Onun hadisə nəticəsində xəsarət almadığı bildirilir. Şahidlərin bildirdiklərinə görə, hadisə “Prado” markalı avtomobilin yoldan çıxması nəticəsində baş verib. Hadisə ilə bağlı araşdırma aparılır |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|