Bakıda sərnişin avtobusları toqquşub - 4 nəfər yaralandıBölmə: Xəbər
Bakıda iki sərnişin avtobusu toqquşub. "Xalqinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində 78 nömrəli marşut xətti üzrə hərəkət edən avtobus dayanacaqda dayanıb. Arxadan yüksək sürətlə hərəkət edən 35 nömrəli avtobus ona çırpılıb. Hadisə nəticəsində 35 nömrəli avtobusda olan 4 nəfər xəsarət alıb. Onlardan üç nəfəri ambulator yardım alaraq evə göndərilib. 44 yaşlı Teymurova Gülpəri isə ağır xəsarət aldığından xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|