» » Bakıda 8 yaşlı uşaq İŞİD üzvü tərəfindən girov götürülüb

Bakıda 8 yaşlı uşaq İŞİD üzvü tərəfindən girov götürülüb

Bölmə: Xəbər
Bakıda 8 yaşlı uşaq İŞİD üzvü tərəfindən girov götürülübMayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci PB-yə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmamasını bildirib.

Xalqinfo.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Araşdırma aparılır.




Jalə Hüseynova



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler