» » Bakıda aeroport yolunda hərəkət məhdudlaşdırılır

Bakıda aeroport yolunda hərəkət məhdudlaşdırılır

Bölmə: Sosial
Bakıda aeroport yolunda hərəkət məhdudlaşdırılırBakının aeroport yolunda nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılır
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən trend-ə verilən məlumata görə, “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından (metronun “Koroğlu” stansiyası) Suraxanı yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler