İki gnü əvvəl dünyasını dəyişən Türkiyənin 7-ci prezidenti Kənan Evrenin cənazə mərasimində “haram olsun” qalmaqalı baş verib.
Xalqinfo.az-ın məlumatına görə, ötən gün Evren üçün Baş Qərargahda keçirilən rəsmi dövlət mərasimindən sonra məsciddə mərhumun cənazə namazı qılınıb.
Namazdan sonra sonra din xadimi toplaşanlardan halallıq istəyərkən iki qadın, “haqqımız haram olsun” – deyə qışqırıblar.
Qadınlardan biri, onun ucbatından uşaqlarını atasız böyütdüyünü deyib. Daha sonra həmin qadının millətçi hərəkatın tanınmış simalarından olan, “Şərqin Başbuğu” kimi məşhur olan Yılma Duraqın həyat yoldaşı olduğu bildirilib.
Qeyd edək ki, Kənan Evrenin cənazə mərasimində heç bir dövlət və hökumət, habelə siyasi partiya nümayəndəsi iştirak etməyib.
Xatırladaq ki, Kənan Evren Türkiyənin Baş Qərargah idarəsinin rəisi ikən 1980-ci il sentyabrın 12-də ölkədə hərbi dövlət çevrilişi həyata keçirib və hökuməti buraxıb. 1982-ci ildə keçirdiyi referendum ilə azadlıqları məhdudıaşdıran konstitusiyanın qəbulundan sonra Türkiyənin 7-ci prezidenti statusunu qazanıb.
Evrenin vəfatından sonra sosial şəbəkələrdə də çox sayda insan ona halallıq vermədiyini bildirmişdi. Mənbə ANS PRESS