Şəkidə iki uşağı it dişlədiBölmə: Xəbər
Şəkidə iki azyaşlını it dişləyibŞəki Rayon Mərkəzi Xəstəxanasından apa-ya verilən məlumata görə, aprelin 26-sı saat 20 radələrində rayonun Çayqaraqoyunlu kənd sakini, 2006-cı il təvəllüdlü Əsmayə Vüqar qızı Əliyeva sol budun aşağı nahiyəsinin it dişləməsi yarası, saat 22 rədələrində isə Şəki şəhəri Ziya Bünyadov küçəsi, ev 48 ünvanında yaşayan, 2005-ci il təvəllüdlü Altun Vüqar oğlu Xəlilov sol sağrının və döş qəfəsinin sağ yarısının it dişləməsi yarası ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi zamanı məlum olub ki, hər iki azyaşlını yaşadıqları evdə öz itləri dişləyib. Ə. Əliyevaya və A. Xəlilova quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|