» » Vasif Məhərrəmli Kənan M.M-ə qarşı çıxdı

Vasif Məhərrəmli Kənan M.M-ə qarşı çıxdı

Bölmə: Şou
Vasif Məhərrəmli Kənan M.M-ə qarşı çıxdı Bu gün müğənni Vüsalə Rəcovanın “Sevməyi öyrədim” adlı klip təqdimatında rejissor Kənan M.M-lə müğənni Vasif Məhərrəmli arasında anlaşılmazlıq yaşanıb. Lent.az-ın məlumatına görə, təqdimat zamanı Kənan M.M-in “İki ildən artıqdır ki, klip çəkmirdim. Vüsalə dostumdur, onun üçün çəkdim”, - deməsi müzakirəyə səbəb olub. Belə ki, tədbirə qonaq olan V. Məhərrəmli rejissorun sözlərinə etirazını bildirib:

“Mən bir fikrə münasibət bildirmək istəyirəm. Bayaq Kənan dedi ki, 2 ildən artıq idi ki, klip çəkmir. Amma onun sözləri ilə razı deyiləm. Kənanın yadındadırsa, təxminən keçən il Hüseyn Dəryanın əziz xatirəsinə ifa etdiyim bir mahnıya klip çəkmişdi”.

V.Məhərrəmlinin sözlərinə Kənan M.M Lent.az vasitəsi ilə cavab verib: “Biz o işin adını klip qoymamışdıq. Bu, Hüseyn Dəryanın xatirəsinə görülən bir iş idi. Orada klip prosesi yox idi. Sadəcə Vasif müəllim oxudu, arxivdə olan Dəryanın görüntülərindən istifadə elədim. Vəssalam. O iş üçün çox əziyyət çəkmədiyim üçün bunu klip saymıram”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler