DataLife Engine > Sosial > Xəbərdarlıq:

Xəbərdarlıq:


4-05-2015, 13:54. Yerləşdirdi: Kainat Xəbərdarlıq: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava xəbərdarlığı yayısb.

Xalqinfo.az bildirir ki,Departamentdən ANS PRESS-ə verilən məlumata görə, mayın 05-dən 07-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Mayın 5-də şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Xatırladaq ki, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir



Geri qayıt