Xəbərdarlıq: Mayın 5-dən 7-dək hava qeyri-sabit keçəcəkBölmə: Sosial
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava xəbərdarlığı yayısb. Xalqinfo.az bildirir ki,Departamentdən ANS PRESS-ə verilən məlumata görə, mayın 05-dən 07-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mayın 5-də şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Xatırladaq ki, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|