» » Qarabağa qayıdan insanlar nə ilə dolanacaq? -

Qarabağa qayıdan insanlar nə ilə dolanacaq? - Mühüm açıqlama

Bölmə: Sosial, İqtisadiyyat, BLOK XƏBƏR
Qarabağa qayıdan insanlar nə ilə dolanacaq? -



Məcburi köçkünlərin geri qayıdışını təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2022-2026-cı illər üzrə dövlət proqramı qəbul edilib”.


Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə deyib.

Millət vəkili Qarabağa geri qayıdan şəxslərin məşğulluq məsələləri ilə bağlı dövlətin atacağı addımlardan söz açıb.

Onun sözlərinə görə, həmin dövlət proqramına uyğun olaarq müvafiq nazirliklərə və dövlət qurumlarına bu qayıdışın dayanıqlı həyata keçirilməsi məqsədilə tapşırıqlar verilmiş və dövlət proqramında bunlar öz əksini tapmışdır:

“Hər şeydən əvvəl məcburi köçkünlərin geri qayıtması, Qarabağda infrastruktur layihələrinin hazırlanması, yaşayış məntəqələrinin tikilməsi və bundan sonra bölgəyə geri qayıdan şəxslərin ata-baba yurdlarında yaşamasını təmin etmək dövlətin əsas prioritetidir.

Digər bir məsələ isə təhlükəsizliklə bağlıdır. Həm Qarabağda, həm də sərhəddə aparılan əməliyyatlar nəticəsində demək olar ki, təhlükəsizlik məsələləri də öz həllini tapıb. Torpaqların minalardan təmizləmə prosesi də sürətlə davam etməkdədir. Bu nöqteyi-nəzərdən, köçürüləcək insanların qalan problemlərindən biri məşğulluq problemi ilə bağlıdır. Azərbaycan dövləti tərəfindən məşğulluq problemlərinin həll edilməsi və iş yerlərinin açılması bir neçə istiqamətdə davam edir. İstiqamətlərdən birincisi, dövlət proqramına uyğun olaraq dövlət tərəfindən həyata keçirilən layihələrdir”.

M.Abbaszadəyə görə, bu ərazilərdə özəl sektorun inkişafı və ona dövlət tərəfindən olan dəstək isə digər bir məqamdır:

“Bu istiqamətdə də ciddi işlər görülməkdədir. Ən əsası isə Azərbaycanın bir sıra dövlət qurumları tərəfindən aparılan işlərdir ki, bu işlərdə də biz qanunda dəyişikliklər etmişik. Həmin qanuna əsasən, bu ərazilərdə biznes fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin 10 il müddətinə mənfəət vergisindən, habelə Qarabağın inkişafı ilə bağlı xaricdən gətirilən məhsulların gömrük rüsumlarından azad olunması, eyni zamanda yaradılacaq iş yerlərində sosial müavinət ödənişlərinin Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub”.

Deputat əmindir ki, bu tendensiyalar Qarabağ və Şərqi Zəngəzurda özəl sektorun inkişafı və təşviq edilməsi nöqteyi-nəzərindən, Azərbaycan dövləti tərəfindən atılmış ciddi addımlardan biri hesab edilməlidir:

“Başqa bir məqam isə işğaldan azad olunan ərazilərdə münbit torpaqların olmasıdır ki, bu ərazilərdə kənd təsərrüfatının inkişafını da təmin etmək olar. Təbii ki, bu istiqamətdə ciddi işlər görülür və həm arıçılığın, həm də heyvandarlığın inkişafı sürətlə davam edir.

Bu gün həm Ağdam, həm də Cəbrayılda sənaye məhəllələrinin yaradılması artıq bu ərazilərdə fəaliyyət göstərən rezidentlərə İqtisadiyyat Nazirliyi tərəfindən sertifikatların verilməsi ilə yekunlaşıb. Həmçinin ərazinin bizə verdiyi imkanlar daxilində həm dağ, həm də sağlamlıq turizminin inkişafı ilə bağlı olan məsələlər də burada yer alıb. Cənab Prezidentin sərəncamlarına uyğun olaraq Ağdamda, Şuşa rayonunun Daşaltı kəndində və Suqovuşanda turizm zonalarının yaradılması və inkişafı ilə bağlı ciddi işlər görülməkdədir. Hətta artıq burada yaradılacaq turizm obyektlərinin yaxın vaxtlarda açılışları nəzərdə tutulur”.

Milli Məclisin üzvünə görə, Laçın və Kəlbəcər rayonlarında da qış turizminin inkişafı ilə bağlı addımlar da həyata keçirilir:

“Kəlbəcər rayonunun İstisu sanatoriyasının inkişaf etdirilməsi məsələsi də buraya daxildir ki, burada İstisu zaovudunun tikilməsi ilə bağlı cənab Prezident təməlqoyma mərasimində iştirak etmişdi. Biz inanırıq ki, bu da bölgənin iqtisadi imkanlarının artmasına və köçürüləcək insanların iş yerləri ilə təmin olunmasını asanlaşdıracaq. Bu, həmin insanların həm iqtisadi, həm də sosial vəziyyətlərinin təmin olunmasına müsbət təsirlərini bağışlayacaq.

Bütövlükdə, Azərbaycan dövləti tərəfindən işğaldan azad olunan ərazilərdə sürətlə işlər getməkdədir. Hesab edirik ki, həm bu il, həm də qarşıdakı illərdə ailələrin buraya köçürülməsi yeni iş yerlərinin açılması anlamına gəlir ki, buda onların dayanıqlı inkişafının təmin edilməsinə öz töhfəsini verəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler