» » Xəzər Dəniz Gəmiçiliyində kadr dəyişiklikləri

Xəzər Dəniz Gəmiçiliyində kadr dəyişiklikləri

Bölmə: Sosial
Xəzər Dəniz Gəmiçiliyində kadr dəyişiklikləri
Son günlər bəzi saytlarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) ilə bağlı dezinformasiyalar yayılmaqdadır.

Xalqinfo.az xəbər verir ki, bu barədə Gəmiçiliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, qurumun Təchizat Departamentində aparılan kadr dəyişikliyini əksər saytlar yanlış tərəfə istiqamətləndirir:

“Bildirmək istəyirik ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir Əliyev Təchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin idarə edilməsi Departamentində davam etdirəcəklər.

Saytlarda AXDG-nin sədr müavini Cəbrayıl Mahmudlunun səlahiyyətlərinin əlindən alınması ilə bağlı yayılan məlumatlar da həqiqətləri əks etdirmir. O, hazırda öz vəzifəsini icra etməkdədir.

Gəmiçilik olaraq jurnalistlərə yoxlanılmamış və əsassız məlumatları tirajlamamağa çağırırıq”.



Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler