» » "Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov

"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov

Bölmə: Idman, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
Bir millətin idman mədəniyyətini bütün dünyada gözəl şəkildə tanıtmaq qədər şərəfli və qürurlu bir vəzifə hər kəsə nəsib olmaz.

Söhbətə başlamamışdan öncə istərdim vurğulayım ki, müsahibəmin qəhrəmanı Azərbaycan Respublikasının istedadlı gənci, vətənpərvərlik hissi ilə alışıb yanan, gənc yaşlarında böyük uğurlara imza atan, Uşu - Sanda üzrə Baku 2017 IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olan peşəkar idmançı - Vüqar Kərəmovdur.

- Xoş gördük sizi. İlk öncə istərdim ki, sizi yaxından tanıyaq. Vüqar Kərəmov kimdir?

- Kərəmov Vüqar Qərib oğlu 1992-ci ildə anadan olmuşam. İlk dəfə idmana 9 yaşımda Moskvada qaydasız döyüş üzrə başlamışam və uşaq yaşlarımdan birinci yerləri qazanmışam. Daha sonra isə Bakıya köçmüşəm və burada fəaliyyətimə davam etmişəm. Bakıda məşqlərimə davam edərək 7 dəfə Azərbaycan Çempionu olmuşam. 2009-cu ildə Dünya Çempionatına qatılmışam və birinciliyi əldə etmişəm. Daha sonra 2011-ci ildə Avropa Çempionatına, 2013-cü ildə isə Dünya Oyunlarına qatılmışam və hər birində də qızıl medala sahib olmuşam. Beləliklə, özümü inkişaf elətdirib profesional döyüşlərdə döyüşmüşəm. Bir çox ölkələrdə vətənimi təmsil etmişəm - Rusiyada, İtaliyada, Fransada və s.

Artıq yaşım çatdığı üçün hərbi xidmətə yollandım və bitirib qayıtdıqdan sonra iki dəfə profesional döyüş keçirmişəm. Hər ikisində də qalib gəlmişəm. Sonra isə bildiyiniz kimi IV İslam Həmrəyliyi Oyunları keçirildi və məndə bu oyunlara qatılmaq istədim. Məhz Uşu - Sanda idman növü üzrə. Qısa zamandır ki, mən bu idman nözü ilə məşğulam və oyunlarda 2-ci yeri qazandım gümüş medala sahib oldum.

Onu da qeyd edim ki, Uşu - Sanda idman növü üzrə 3-4 il bundan qabaq profesional döyüşlərdə iştirak etmişəm və birinciliyi əldə etmişəm. Yəni əvvəllər bu idman yarışlarında vururşmuşam. Ona görə ki, bizim qaydasız döyüşlə uyğun gəlir, oxşarlıqları çoxdur.

Daha sonra Respublika üzrə çempionata qatıldım və qalib oldum. Sonra Dağıstana getdim, orada da prizor oldum.


- Uşu idman növünün mənası nədir?

- Əvvəla qeyd edim ki, Uşu Çin döyüş sənətidir Uşuyla Kung- Fu eyni mənanı ifadə edir. Uşu - Çin dilindən tərcümədə Döyüş Sənəti deməkdir.

1989 – cü ildə Azərbaycanda Uşu idman növünün təməli qoyulub. İlk müstəqil döyüş kimi 1992-ci ildə qeydiyyatdan keçmişdir. 1994-cü ilə kimi bir çox idman növləri məhz Savalan klubunun adından çıxış edirdi. Uşu – tam kontakt idman növüdür.


- Vüqar bəy, əsasən hansı idman növünü inkişaf etdirirsiniz?

- Uşu - Sanda idman növünü. Çünki Uşu çətin idman növü sayılır. Bir neçə idman növü ilə məşğul olanlar məhz bu idman növü ilə davam edə bilərlər, ancaq qaydaları çətindir və fərqlidir. Hal-hazırda özünü təsdiq etmiş idmançıları deyə bilərəm ki, məhz bizim idman növündən uğurlarını qazanmışdır. Uşu - sandaçılarımız demək olar ki, keçirilən yarışlarda mütamadi olaraq iştirak edir.

- İslam Həmrəyliyi Oyunlarına qədər Uşu - Sanda ilə nə qədər müddətdir ki, məşğul olurdunuz?

- 9 aydır məşğul olurdum.

- Komanda heyyəti neçə nəfər idi?

- Altı nəfər idik. Azərbaycanı məhz bu idman nözü üzrə 6 nəfər təmsil etdik və hər birimiz medal qazandıq. 3-müz gümüş medal və digər 3-çü işə bürünc medal qandılar.

- Xüsusi hazırlıqları harada keçirdirdiniz?

- Bir ildir ki, təlim məşq toplanışı davam edirdi və yarışlara xüsusi hazırlaşırdıq. Zbor olaraq ilk dəfə Qəbələyə getdik və 14 gün orada məşqlər keçirdik. Daha sonra Dağıstana və Rusiyaya getdik. Qalan günləri isə Bakıda məşqlərə davam etdik.

- Zədələrin qaçılmaz olduğunu bilirik. Məşq zamanı sizdə və digər idmançılarda zədə problemi oldumu?

- Yüngül zədələr əlbətdəki olurdu. Baxır zədəyə, çünki elə hal ola bilər ki, ciddi zədə ola bilər, o zaman yarışa çıxmağı mümkün deyil. Ancaq zədə çox ciddi olmazsa, davam edə bilər. Yarış öncəsi isə zədənin olması ən pis haldır.

- Məşqlər gün ərzində neçə dəfə olurdu?

- Gündə 3 dəfə məşq keçirdik.

- Bu gün ölkəmizdə idmana maraqdan və dövlətin idmana , idmançılara qayğısından razısınızmı?

- Əlbətdə razıyam. İdmana diqqət, idmançılara qayğı yüksək səviyyədədir. Və onuda qeyd edim ki, cənab prezidentimiz İlham Əliyev nitq söyləyərkən vurğulayır ki, başqa ölkələrdə ilk olaraq mən təmsil edirəm bayrağımızı və dövlətimizi, ardımca isə idmançılar təmsil edir. Burada həqiqət var. Biz hər bir ölkədə bayrağımızı qaldırırıq, alqışlar qazanırıq, himnimizi səsləndiririk. Və bunun müqabilində də özümüzə qarşı dövlətin münasibətindən çox razıyam. Təşəkkür edirəm ölkə başçımıza diqqəti üçün.

- Oyunlara sizi hansı müəllimlər hazırlaşdırırdı?

- Elşad İbrahimov, Bəharəddin Səlimov və Uşu - Sanda Federasiyanın prezidenti Azər Həsənsoy.

- Gümüş medalı qazanarkən kim təqdim etdi sizə?

- Uşu - Sanda Federasiyasının prezidenti Azər Həsənsoy təqdim etdi.

- Məşqlər zamanı dövlət nümayəndələrindən gəlib maraqlanan olurdumu sizinlə?

- Bəli, Gənclər və İdman Nazirliyinin nümayəndələri gəlib baş çəkirdilər.

- Yarışlarda artıq siz biləndə ki, birincilik əldən getdi, necə təsir etdi sizə? Və ən azından "İkincilik mənimdir" deyə əminlik hissi yarandımı sizdə?

- Bu yarışa qalib olmaq, 1-ci olmaq hədəfiylə qatılmışdım və təbiidir ki, nə qədər güclü də olsan yarışda uduzmaq da var. Birincilik əldən gedəndən sonra məyus oldum lakin yarışdayıqsa əgər, medalsız qayıtmaq olmazdı, əsas gümüş medala foksumu yönəltdim və hədəfləndim.

- Finala hansı ölkənin təmsilçisi ilə çıxdınız?

- İran dövlətinin idmançısı ilə.

- O idmançının təcrübəsi nə dərəcədə idi? Yəni çətin olmadı ki, onunla vuruşmaq?

- Rəqibimin təcrübəsi çox idi. Ona görə ki, İranda Uşu - Sanda idam növünün məktəbi var amma bizdə yoxdu. Onlardan 6 idmançı gəlmişdi bu idman üzrə və hamısı birinciliyi əldə etdi. Onların təcrübəsi daha çox idi.

- Tələbələriniz varmı?

- Məşq etdiyim yerdə tələbəm var hazırlaşdırıram. Lakin qrup şəklində deyil, hələki fərdi şəkildə hazırlaşdırıram.

- İndi üstünlük verdiyiniz idman növü üzrə gələcəkdəki yarışlarda 1-ciliyi əldə edəcəyinizə əminliyiniz varmı?

- (Gülür) Az müddətdə hazırlaşıb 2-ci yerə nail olmuşamsa, inanıram ki, öz üzərimdə daha da dəqiq çalışaraq 1-ciliyi əldə edəcəyəm Allahın köməkliyi ilə.

- İdmanda qazandığınız uğurların arxasında kimlərin dəstəyi durur?

- Əlbətdəki müəllimlərimin. Özümün həvəsim çox olub. Hər zaman arzusunda olmuşam ki bayrağımızı ucaldım və Azərbaycan həmişə 1-ci olsun hər bir sahədə.
Bütün müəllimlərimin əməyi, zəhməti böyükdür üzərimdə. Rusiyadakı müəllimlərimdən tutmuş Bakıdakı müəllimlərimə qədər hər birinə minnətdaram. Onların əməyini itirə bilmərəm.


- İstəyirəm sizə özəl suallar verim, oxucular daha da yaxından tanış olmuş olsunlar sizinlə. İndi hal-hazırda harada yaşayırsınız? Ailə vəziyyətiniz necədir?

- Nizami rayonunda, Qara Qarayev prospektində yaşayıram. 2 otaqlı bir evimiz var və 5 nəfər qalırıq birlikdə. Anam, atam, qardaşım, nənəm və mən. Şəhid ailəsiyik. Özüm isə nişanlıyam.

- Beş nəfər 2 otaqlı mənzildə qalırsınız. Bəs çətinlik yaratmır bu sizə?

- Təbii ki, darısqallıqdır.

Yəni nişanlısınız dediniz. Gələcəkdə nə etməyi düşünürsünüz? Müraciət etmisinizmi dövlətə "Güzəştli mənzil"lə bağlı?

- İnşaAllah istəyirəm müraciət edim, düşünürəm ki, mənə verərlər. Həm şəhid ailəsiyik, həmdə bayrağımızı dəfələrlə yüksəltmişəm. Yəni oradakı qaydalara uyğun gəlir mənim durumum. Versələr çox sevinərdim.

- Nə qədər vaxtdır ki, Nizami rayonundakı evdə qalırsınız?

- 10 ildir. Ondan öncə mənzil kirayələmişdik.

- Yarış bitdikdən sonra dövlət sizi necə mükafatlandırdı?

- Dövlət bizə yüksək şəkildə dəyər verdi. Həm maddi həm mənəvi. Yarışlar bitdikdən 2 gün sonra kartımıza 50 min manat pul mükafatı köçürüldü.

- Cənab prezident ailəsi ilə birlikdə bütün idmançılarımız ilə görüş keçirtdi. İstərdim ki, o görüşdən aldığınız təəsüratlarınızı bizimlə bölüşəsiniz. Nə kimi tövsiyələr etdi sizə prezidentimiz?

- Görüş "Bulvar Hotel"də oldu. Cənab prezident ölkəmizdəki idmanın inkişafından bəhs etdi və bizə olan inamını bir daha vurğuladı. Biz də İlham Əliyevin inamını yerə salmarıq heç vaxt. Mənim üçün unudulmaz bir görüş oldu. Bu sevindirici haldır ki, biz bu qədər sevilirik dövlət başçımız tərəfindən və ailəsi tərəfindən. Möhtəşəm hislərlə ayrıldıq oradan, xatirə şəkilləri çəkildi və çox xoşbəxtəm bu qayğının qarşısında. İnşaAllah inanıram ki, qısa zamanda hər bir problemlərimiz həllini tapacaqdır.

- Vüqar bəy bu qısa zaman çərçivəsində sizinlə ətraflı söhbət edə bildik. Təşəkkür edirəm zaman ayırdınız. Və bir daha təbrik edirik sizi Gümüş medalı qazandığınız üçün. Sizə gələcək koryeranızda bundan da böyük nailiyyətlər diləyirik.

- Minnətdaram. Mən təşəkkür edirəm diqqətiniz üçün.




"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov
"Mənim üçün unudulmaz bir görüş oldu" - Vüqar Kərəmov

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler