» » "Böyük bədbəxtlik görürəm" -

"Böyük bədbəxtlik görürəm" - Zirəddin Rzayevdən tükürpədici proqnoz

Bölmə: Sosial
"Böyük bədbəxtlik görürəm" - Məşhur ekstrasens proqnozlarını bölüşdü
Qarşıdan yeni il gəlir. 2015-ci ildə baş verəcək hadisələri Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev proqnozlaşdırıb.

Xalqinfo.az Zirəddin Rzayevin anspress-ə verdiyi proqnozları təqdim edir:

"Kosmosda qəribə halların baş verdiyini görürəm. Sanki göy yer üzünü təhdid edir, hədələyir. 2020-ci ilə qədərə kosmosda baş verən hallar Yerə bədbəxtlik gətirəcək. Böyük və sonsuz suyun ortasında nəhəng bir obyektin fəlakəti yaşanacaq.

Amerikada güclü yanğınlar görürəm. Bu yanğın mənə cəhənnəmi xatırladır. Vaşinqton və ona yaxın olan yerlərdə təbii fəlakətlər aktivləşəcək. Xüsusən zəlzələ və qasırğalar tüğyan edəcək.

2015 və 2016-cı illərdə Amerikada çoxlu vulkan püskürməsinin şahidi olacağıq.

2015-ci il ictimai sabitlik baxımından Moldova, Qazaxıstan üçün də bir o qədər uğurlu olmayacaq.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ilin sonlarında öz sağlamlığından ehtiyatlı olmalıdır. Mən onda ürək-qan damar sistemi və beyin qan dövranında, o cümlədən endokrinik sistemində rahatsızlıq görürəm. İnfarkt və insult xəstəlikləri onu təhdid edir. Əgər bu il müalicə olunsa və sağlamlığını diqqətdə saxlasa, xilas olma ehtimalı var.

İlin ortaları Yaponiyada yenidən təbii fəlakətlər, xüsusən yeraltı təkanlar özünü göstərəcək.

İtaliyada təbii fəlakətlər olacaq. Orada ictimai qorxu yaranacaq.

Məkkə və Mədinədə ağ tüstü görürəm. Bu mənə dumanı xatırladır. Bu görmənin nədən xəbər verdiyini anlaya bilmirəm. Hisslərim mənə bir o qədər xoş şeylər demir.

Hansı ölkə olduğunu dəqiq deyə bilmirəm, amma neftlə bağlı güclü və böyük yanğın baş verəcək. Göy üzünü qara tüstü bürüyüb və orada helikopterlər uçur. Bu öncəgörmələr mənə ən çox Şərqi xatırladır.

2015-ci ilin ilk yarısı Rusiya və Amerika münasibətləri gərginləşməyə başlayacaq. Ancaq bu gərginlik müharibəyə səbəb olmacaq.

2015-ci il Rusiya üçün iqtisadi baxımdan bir o qədər də uğurlu olmayacaq. Lakin Rusiya bu gərginliyi uğurla başa vuracaq. 2016-cı ilə qədər istisadi baxımından Rusiya özünü tədricən doğruldacaq.

Rusiya təhlükəsizlik baxımından nəzarəti daha da gücləndirməlidir. Xüsusən də nəqliyyatla bağlı məsələlərdə diqqətli olmalıdır.

Rusiya tarixin yeni sınaqlarını yaşamasına baxmayaraq, onu böyük uğurlar gözləyir. Yaşanılan ağır sınaqlar Rusiyada immunitet yaradacaq. Bu çəkişləmələrdə Rusiya daha da güclənəcək.

2015-ci ilin yay fəslində bir çox ölkələrdə havalar anomal keçəcək.

Son iki il müddətində yaz-yay fəslində atom bombasını xatırladan güclü və dəhşətli partlayış olacaq. Dəhşətli partlayışda çox sayda insan öləcək.

Qərbdən Şərqə gələn bir çox qida məhsulları insanlara ölüm gətirəcək. Çox sayda insanı təhlükədə görürəm.

Allah hər şeyin doğrusunu biləndir. Onun bizə verdiyi elmdən başqa heç nə qavraya bilmərik. Hər şey Onun ixtiyarındadır".

Qeyd edək ki, tanınmış ekstrasens Azərbaycanla bağlı yenə nəsə söyləməkdən çəkindi. Söhbət zamanı Azərbaycanda elə bir dəyişiklik olmayacağını deyən Zirəddin Rzayev ölkəmizlə bağlı proqnoz verməkdən imtina etdi.

Proqnozun verilmə tarixi : 2014-cü ci il 27 noyabr.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler