» » "Zapravka" qanunsuzluğuna niyə son qoyulmur?

"Zapravka" qanunsuzluğuna niyə son qoyulmur?

Bölmə: Sosial
"Zapravka" qanunsuzluğuna niyə son qoyulmur?

Son zamanlar yanacaqdoldurma məntəqələri ilə bağlı redaksiyamıza davamlı şəkildə şikayətlər daxil olur. Xüsusilə də elektron poçtumuza "İST" Petrol brendi altında istehlakçılara xidmət edən yanacaqdoldurma məntəqəsi barədə tez-tez məktublar daxil olur. İlk açıldığı dövrdə insanlar sözügedən yanacaqdoldurma məntəqəsindən çox şey gözləyirdi. Lakin sözügedən "zapravka" istehlakçıların ümidini doğrultmadı. Düzdür, ilk başlanğıcda vətəndaşlara normal xidmət göstərilsə də, sonradan "İST petrol" keyfiyyətli xidmətdən uzaqlaşdı.

Qeyd edək ki, hazırda paytaxt ərazisində üç yerdə - Tbilisi prospektində, Zooparkın yaxınlığında və Əhmədli qəsəbəsində "İST" Petrol yanacaqdoldurma stansiyaları fəaliyətdədir. Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, "İST" Petrol yanacaqdoldurma məntəqəsində müştərilər aldadılır. İstehlakçılara keyfiyyətsiz yanacaq satılır. Həmçinin onu da qeyd edək ki, istehlakçılar ödədikləri məbləğə uyğun olaraq yanacaqla təmin olunmurlar. Ödədikləri pulun dəyərindən qat-qat az həcmdə avtomobillərinə yanacaq vurulur. Bu barədə bizə hüquqları pozulan vətəndaşlardan biri məlumat verib.

Göstərilən neqativ hallara qarşı mübarizədə mütəxəssislər müxtəlif variantlar təklif edirlər. Ekspertlər hesab edir ki, benzindoldurma məntəqələrində üzərində bölgülər olan menzurka olmalıdır. Vətəndaş müəyyən həcmdə benzin alacaqsa, birinci o qaba tökdürəcək. Vətəndaş menzurka ilə benzin vuranda pula uyğun benzinin vurulub-vurulmamasını biləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi menzurkanın açıq yerə qoyulmasına şərait yaratmalıdır. İkincisi, yanacaqdoldurma məntəqələrində uzun şlanqlardan istifadə olunur. Uzun şlanqların içində qalan benzin artıq sayğacdan keçmiş, ancaq istehlakçıya çatmayan benzindir. Benzin sayğacdan keçir, ancaq uzun olduğuna görə şlanqın içində qalır. Bu benzin də təzədən geri sovrulur. Şlanqı yuxarı qaldırmaq lazımdır ki, maşının benzin yanacaq çəninə tam boşalsın. Digər tərəfdən, gərək elə bir iş aparılsın ki, orada keyfiyyət məsələsinə də nəzarət olunsun.

Keyfiyyətinə gəldikdə isə benzinin heç birinin keyfiyyətcə bir-birindən fərqlənmədiyini bildirirlər. yalnız rəngləri ilə fərqlənirlər.

Bundan başqa İST Petrol müştərilərin hüquqlarının ən çox pozulduğu obyektdir.

Ona görə də burada nəzarətin güclənməsinə ehtiyac var. İnsanların inamından sui-istifadə edərək qanunsuz işlərə yol verirlər. Bununla müştərilərin hüquqları pozulur. Bu kimi halların qarşısının alınması üçün müvafiq cərimələr tətbiq olunmalıdır. Əgər cərimələr də qanunsuz halların qarşısını ala bilməzsə, sözügedən "zapravka"nın fəaliyyətinə son qoyulmalıdır.

Onu da qeyd edək ki, "İST Petrol" daxil olmaqla digər yanacaqdoldurma məntəqələri təəssüf ki, qanunsuz yerlərdə tikilir. Belə ki, yanacaqdoldurma məntəqələri elə yerlərdə tikilməlidir ki, insanların həyatı üçün təhlükə mənbəyi olmasın. Bu məntəqələr baxçaların, məktəblərin, xəstəxanaların, yaşayış yerlərinin, binaların, dükanların, parkların yaxınlığında tikilməməlidir. Bundan başqa, təhlükəsizliyin təmin olunması məqsədilə yanacaqdoldurma məntəqələri, həmçinin yeraltı və yerüstü magistral qaz kəmərlərindən müəyyən məsafədə aralı olmalıdır. Ancaq bu gün fəaliyyət göstərən bir çox yanacaqdoldurma məntəqələri var ki, bu tələblərə riayət olunmur və qanunvericiliyin tələbləri kobud şəkildə pozulur.

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq dünyanın bir sıra qabaqcıl ölkələrində yanacaqdoldurma məntəqələri yaşayış evlərindən ən az bir kilometr uzaqlıqda yerləşir. Bu ölkələrdə yanacaqdoldurma məntəqələrində qəza baş verəndə vətəndaşlar bundan əziyyət çəkmirlər. Azərbaycanda bu sahədə qanunvericilik bazası yox deyil. Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən verilmiş lisenziya ilə tənzimlənir. Lisenziyanın tələbinə görə, yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırma aparmalıdırlar. Bunun dəqiq parametrləri müəyyənləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler