» » Sürücü sərnişinlərin 1 manatına göz dikir

Sürücü sərnişinlərin 1 manatına göz dikir

Bölmə: Sosial
Sürücü sərnişinlərin 1 manatına göz dikir

Son zamanlar nəqliyyat sahəsi problemli sahələrdən birinə çevrilib. Get-gedə nəqliyyatda problemlər artır. Belə ki, hər gün avtobus sürücülərinin qanunsuz əməllərinin şahidi oluruq. Bizə verilən məlumata görə, Zığ qəsəbəsi-Qara Qarayev Metrostansiyası istiqamətində fəaliyyət göstərən 44 nömrəli marşrutun sürücülərindən biri sərnişinlərin hüquqlarını pozur. Belə ki, dəfələrlə eyni hadisə ilə rastlaşan sərnişinlərdən biri bildirir ki, sürücüyə 1 manat pul verdikdə xırda pul yoxdur deyib sərnişinin 1 manatını alır vermir.

Şikayətçi bildirir ki, bu hal dəfələrlə baş verib: "Hər dəfə 44 nömrəli marşrutda həmin sürücü sərnişinləri aldadır. Həmişə də deyir ki, xırda pul yoxdur. Sərnişinlərin pulunu alıb vermir. Sərnişinlər isə etiraz etmədən avtobusdan düşürlər. Bu yolla hər gün bu sürücü xırda pulun olmamasını bəhanə gətirərək vətəndaşların hüquqlarını pozur. Fırıldaqçılıqla külli miqdarda pul əldə edir. Vətəndaş bildirir ki, bundan başqa həmin sürücü sərnişinlərlə kobud rəftar edir. Biri dayanacaqda saxlamasını istədikdə kobud şəkildə sərnişinə cavab verir: "Hətta 44 nömrəli marşrutun sürücüsü avtobusu elə sürür ki, az qala qəza törətsin. Bu avtobusa minənlər düşəndə şükür ki, sağ-salamaq düşdük deyirlər". Şikayətçi bildirir ki, sözügedən avtobusun sürücüsü daim sükan arxasında siqaret çəkir. Yaşlı insanlar ona irad bildirəndə "özüm bilərəm harda çəkərəm, sizdən icazə almayacağam” kimi kobud ifadələr işlədir. Onu da bildirək ki, avtobus sürücüsü bir sıra mühum qaydaları da pozur. İçərisi sərnişinlə dolu olan maşınla yanacaqdoldurma məntəqəsinə girib yanacaq doldurmaqdan belə çəkinmir. Üstəlik, sürücü yanacaqdoldurma məntəqəsində siqaret çəkmək qadağandır bildirişinə də məhəl qoymurlar. Bütün bunlar isə sərnişinlərin həyatının təhlükəyə atılması deməkdir. Sürücü ilk növbədə sərnişinlərin, daha sonra isə özünün həyatı ilə oynayır. Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanuna uyğun olaraq sərnişin daşıyan avtobuslar sərnişinlə birlikdə yanacaqdoldurma məntəqəsinə girməməlidir. Əgər belə bir halla rastlaşırlarsa, sürücü cərimə olunmalıdır. Qaydanı pozan sürücünün işlədiyi şirkətin rəhbəri isə mütləq bu təhlükəli halların aradan qaldırılması üçün tədbirlər görməlidir.

Avtobusların yanacaq sərfiyyatı elə tənzim olunmalıdır ki, sürücü iş başında yanacaqdoldurma məntəqəsinə girmək məcburiyyətində qalmasın. Həmin zaman sürücü üçün texniki fasilə verilməlidir və o, ən yaxın olan məntəqəyə girib yanacaq doldurduqdan sonra öz fəaliyyətini davam etdirməlidir. Reallıqda isə gündəlik planı ödəmək üçün texniki fasilədən imtina edən sürücü dayanmadan xətdə işləməli olur.

Ekspertlər hesab edir ki, bu, ciddi problemdir. Bəzi hallarda sürücülər vətəndaşın verdiyi gedişhaqqının qalığını belə qaytarmır. Avropa ölkələrində bu praktika yoxdur. Çünki Avropa ölkələrinin heç birində sərnişin sürücüyə pul ödəmir. Yəni Avropa ölkələrində sürücü yalnız ictimai nəqliyyatın idarəetməsi ilə məşğuldur, heç bir halda sərnişin sürücüyə hər hansı bir ödəniş etmir. Eyni zamanda nəqliyyatda biletlərin alınması elektronlaşıb. Belə ki, sərnişin bilet almaq üçün elektron avtomatlardan istifadə edir. Xırda pullar xüsusi avtomatlar tərəfindən qəbul edilir, eyni zamanda sərnişin kredit kartından istifadə etməklə ödəniş edə bilər. O baxımdan Avropada belə problem yoxdur. Bizdə bu problemin aradan qalxmasının yeganə yolu nəqliyyatda kart sisteminin tətbiqidir. Bu, vətəndaşla sürücü arasında ödəniş münasibətlərini gündəmdən çıxaracaq, sərnişin artıq sürücüyə heç bir ödəniş etməyəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler