Bakıda kreditini ödəyə bilməyən şəxsi girov götürdülərBölmə: Sosial
Paytaxtın Nizami rayonunda yaşayan vətəndaş Bəhruz Sadiqi iki il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib. Xalqinfo.az Xəzər TV-yə istinadən məlumatına görə, Bəhruz Sadiqi icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib. Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruzdan kredit borcunu almasını istəyib. “Bakı Kollektor Agentliyi”nin əməkdaşları bu gün səhər razılığa gəlmək üçün onu ofisə dəvət ediblər. Bəhruzun sözlərinə görə, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar. Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin. Yalnız polis əraziyə gəldikdən və borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra agentliyin əməkdaşları Bəhruzu buraxıblar. Telekanalın əməkdaşları “Bakı Kollektor Agentliyi”nin də mövqeyini öyrənməyə çalışsalar da, onlar çəkilişə maneə olublar. Ərazi üzrə Nəsimi rayonu 19-cu polis bölməsindən isə bildirilib ki, Bəhruz Sadiqi və yoldaşları bölməyə dəvət ediliblər, araşdırma aparılır. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|