» » Bakıda qadın bankın şüşələrini sındırdı -

Bakıda qadın bankın şüşələrini sındırdı - Kredit borcu olub

Bölmə: Xəbər, Kriminal
Bakıda qadın bankın şüşələrini sındırdı -

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.

Xalqinfo” Lent.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinə məxsus filialdan polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

***

Bakıda qadının bankın şüşələrini sındırması hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, Bakıxanov qəsəbəsindəki bank filialına hücum edən 46 yaşlı Flora Xəlilovanın orta məktəb müəllimi olduğu üzə çıxıb. Bildirilir ki, F.Qarayevanın həmin banka kredit borcu olub. Polis tərəfindən saxlanılan F.Qarayeva daha sonra sərbəst buraxılıb.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler