» » Gəncədə güclü külək və leysan

Gəncədə güclü külək və leysan

Bölmə: Sosial
Gəncədə güclü külək və leysan
Gəncə şəhərində səhər saatlarında küləklə müşahidə edilən güclü leysan olub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, nəticədə şəhərin bəzi ərazilərində həyətlərə su dolub, ağacların budaqları qırılaraq yola düşüb.

Külək bəzi yaşayış evlərinin dam örtüyünə ziyan vurub, hündür mərtəbəli binanın dam örtüyü tamamilə dağılıb. Həmçinin şəhərin elektrik və qaz təsərrüfatına ziyan dəyib. Külək nəticəsində hündürlükdən düşən ağac budaqları elektrik xətlərini və qaz borularını zədələyib.

Hazırda müvafiq qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş görür.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler