» » Güclü külək və leysan Lerikdə fəsadlar törətdi

Güclü külək və leysan Lerikdə fəsadlar törətdi

Bölmə: Sosial
Güclü külək və leysan Lerikdə fəsadlar törətdi
Güclü külək səbəbindən Lerikdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində qısa müddət ərzində əsən güclü külək, daha sonra isə yağan leysan yağışları səbəbindən elektrik enerjisinin verilişində problemlər yaranıb.

İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorda yanğın baş verib. Bu səbəbdən rayona elektrik enerjisinin verilişi kəsilib. Bundan başqa, rayonun bəzi ərazilərinə dolu düşüb. Yağan dolu bəzi taxıl zəmilərinə və meyvə ağaclarına ziyan vurub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler